"Məktəb və universitetləri 2 həftəlik dayandırmaq lazımdır" - Təhsil eksperti

"Məktəb və universitetləri 2 həftəlik dayandırmaq lazımdır" - Təhsil eksperti"Tədris prosesi, bilavasitə, yoluxmaya təsir göstərən faktordur, bunu inkar etmək mümkün deyil. Amma bu, bizim heç də normal həyata qayıtmağımıza mane olmamalıdır. Təbii ki, yoluxanların sayı artıq 8 min ətrafındadır. Bu, bizi narahat edir. Amma biz bu yoluxma sayı ilə rahatlıqla restoranlara gediriksə, əyləncə mərkəzlərinə gediriksə, deməli dərs prosesində iştirakla bağlı da bir problem olmamalıdır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, qeyd edib ki, universitetlərdə dərslərin tam əyani formada başlaması heç bir problem yaratmır:

"Universitetlərdə birinci semestr hibrit formada idi. Yəni bəzi dərslər onlayn, bəziləri ənənəvi keçirilirdi. Amma bu zaman faydalılıq əmsalı aşağı düşür. Bəzən tələbələr həftədə iki dəfə universitetə gəlməyə görə kirayə tuturdular, dərslərin böyük əksəriyyəti onlayn olurdur. Bu da onların maliyyə itkisinə gətirib çıxarırdı. Eyni zamanda bir sıra dərsləri onlayn keçmək keyfiyyətli deyildi. Biz hətta qış imtahan sessiyasının akademik nəticəsində də bu təhlilləri gördük. Bəzən tələbələrə tam olaraq mövzuların çatdırılması həyata keçirilməyib. Dərslərin tam əyani başlaması, əlbəttə, yoluxmaya öz təsirini göstərəcək. Amma biz bundan narahat olmamalıyıq. Artıq bizim ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz 3 həftədən çoxdur ki, istirahət edirlər. Onların ənənəvi qaydada tədris prosesinə qayıdışında heç bir problem yoxdur. Bundan narazı olan tələbələrin böyük əksəriyyəti işləyirlər, bilirlər ki, həftənin yalnız iki günü universitetə gedəcəklər. Digər günlərdə isə onlayn dərslərə iş yerlərində də qoşulurlar. Amma bu proses istənilən nəticəni verməyib. Dərslərin ənənəvi başlamasında isə hər hansı problem yoxdur".

Ekspert qeyd edib ki, orta məktəblərdə iki həftəlik fasiləyə ehtiyac var:

"Orta məktəblər üçün biz təklif etdik ki, iki həftəlik fasilə olsun. Çünki orta məktəbdə sentyabrın 22, 29-dan başlayan dərslər fasilə olmadan davam edir. Bu müddət ərzində bizim şagirlərimiz, müəllimlərimiz arasında yoluxanlar oldu, yoluxma sayı kəskin artdı. Təbii ki, bu, bizi narahat edən məqamdır. Bütün hallarda orta məktəblərə iki həftəlik fasilə verməyə ehtiyac var. Çünki şagirdlər və müəlimlər fiziki və psixoloji yorulublar. Keyfiyyətli tədris üçün onların itirdikləri enerjini bərpa etməyə ehtiyac var. Gərək ki, təhsil nazirliyi qış tətilini ləğv etməzdi. Uşaqlar davamlı olaraq fasilə vermədən dərslərə qoşulurlar. Onlayn tədris yox, amma bütün tədris prosesini iki həftəlik dayandırmaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1627   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanı

21:33 105
.

Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA

Hantavirus otaq temperaturunda uzun müddət - iki həftəyə qədər aktivliyini qoruyur. xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin Tibb və Tibbi Texnologiyalar İnstitutunun həkim-infeksionisti Yuliya Yermolayeva TASS-a müsahibəsində məlumat verib. Mütəxəssisin sözlərinə görə, patogen üçü

21:50 113
.

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə məlumat verib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqra

20:30 133
.

Slovakiya Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirmək təklifi ilə çıxış edib

Slovakiya Azərbaycanla iqlim çağırışlarının birgə aradan qaldırılması üçün səyləri birləşdirmək təşəbbüsü ilə çıxış edib. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını

19:01 131
.

BMT rəsmisi: "2030-cu ilə qədər şəhərlərdə su ehtiyatlarına təzyiq artacaq"

2030-cu ilə qədər şəhərlərdə su ehtiyatlarına təzyiq daha da artacaq. "Report" xəbər verir ki, bunu BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA

16:29 131
.

Prezident BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı

18:12 133
.

Başqasının kartına səhvən pul köçürsəniz, onu geri ala bilərsiniz - Qanun nə deyir? - VİDEO

Vətəndaşlar bəzi hallarda pulu səhvən başqasının kart hesabına köçürə bilərlər. Bu halda çox adam vəsaiti necə geri qaytaracağını bilmir. -ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu şəxsin səhvən başqasının kartına pul köçürməsi ilə bağlıdır. Bu halda vətəndaş nə etməlidir?. Sözügedə

16:50 150
.

WUF13-ün birinci günü başa çatıb - FOTOLAR

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb. "Report" xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir. İlk günün zəngin proqramı çərçivəsində nazirlərin iclası, nazirlərin dəyirmi masası, eləcə də nazirlər səviyyəsində panel müzakirələri keçirilib

19:11 158
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyy

19:48 142
.

TOP MP3