Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - Video
Bakıda, "İnşaatçılar" metrostansiyasının çıxışında 2005-ci il təvəllüdlü məktəbli qıza naməlum şəxs tərəfindən hücum olunub.
"Qafqazinfo"ya müraciət edən qızın atası Musa Quliyev hadisənin qəsdən törədildiyini iddia edib.
O, 5 gün keçməsinə baxmayaraq hələ də hadisəni törədən şəxsin tapılmadığını deyir: "Məncə, bu hadisə təsadüfi deyil. Çünki son vaxtlar bir neçə dəfə maşınıma naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Yəqin ki, yenə eyni adamlardır. İndi də ailəmə keçiblər. Hadisənin videogörüntülərini polisə təqdim etmişəm. Hadisə zamanı qızım burun və ağız nahiyəsindən xəsarət alıb, qanayıb. Ekspertizadan rəy də almışam. Məsələ ilə bağlı "102"yə məlumat verdim. Məni 29-cu polis şöbəsinə dəvət etdilər, izahatım alındı. 5 gündür şəxsin tapılması ilə bağlı tədbir görülmür".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşın şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsində araşdırma aparılır:
"Uşağın atası bölməyə dəvət edilib. Hadisənin videogörüntüləri əldə edilib. Görüntülərdə azyaşlının küçədə hərəkət edən zaman naməlum şəxsin əli ilə ona zərbə vurduğu görünür. Həmin şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun şəxsiyyətinin müəyyən olunması və saxlanılması ilə bağlı müvafiq əməliyyat tapşırığı verilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3386 Tarix: 10 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVens: Xarici terrorçular ABŞ büdcəsindən vəsait əldə etmiş ola bilərlər
Xarici terror qrupları ABŞ büdcəsindən saxta sxemlər vasitəsilə vəsait əldə etmiş ola bilərlər. "Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, xarici qurumların və terror təşkilatlarını
19:30 143 Boks üzrə ölkə çempionunun meyiti tapıldı
Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb. BİG.AZ Axşam.az "Unikal"a istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb. Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbini
18:40 166 Latviya Prezidenti müxalif deputatı Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb
Latviya Prezidenti Edqars Rinkeviçs Seymin (Parlament) deputatı Andris Kulberqsin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb və ona yeni kabinet formalaşdırmağı tapşırıb. "Report"un Latviya mediasına istindən məlumatına görə, E.Rinkeviçs hökumət formalaşdırmaq vəzifəsinin çətin olacağın
18:10 133 Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslə
19:21 151 İranın dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən gəmilərin sayı açıqlanıb
ABŞ hərbçilərinin İran ətrafında tətbiq etdiyi dəniz blokadası başlayandan bəri marşrutu dəyişdirilən ticarət gəmilərinin sayı 78-ə çatıb. xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb. "78 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, dörd gəmi isə blokadanı
17:50 125 Şərtlər sadələşdirilir - Onlar da güzəştli ipoteka götürə biləcək
Azərbaycanda ipoteka şərtləri sadələşdiriləcək və səhiyyə işçiləri də güzəştli ipoteka ala biləcəklər. -ın əldə etdiyi məlumata görə, Azərbaycanda ipoteka şərtləri sadələşdirilməsi istiqamətində tədbirlər görüləcək. Bundan əlavə olaraq isə, güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə
17:40 182 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb. "Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Bi
16:20 129 Uşağa görə verilən pul ARTIRILACAQ
Üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər. -ın məlumatına görə, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən sosial müavinətin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Məqsəd azyaşlı uşaqları olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsidir
17:30 202 "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda infarkt keçirən Mehmet Kepirə müdaxilə zamanı təcili yardım maşınının açarı itdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində qəfildən halı pisləşərək yerə yıxılan Mehmet Kepir üçün ailəsi "112 Təcil
21:20 138