Avropanın enerji bazarlarında Azərbaycan qazına ehtiyac vardır
2022-ci il fevralın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak edərək geniş məzmunlu çıxış etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.
Toplantıda qeyd edilən kimi Azərbaycanın iqtisadi tərəqqisi üçün çox böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi enerji sahəsində çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Sonra Cənub Qaz Dəhlisi layihəsi reallığa çevrilib. Hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları ötən bir ildə enerji sektorunda əldə olunan uğurların təqdimatı olmuşdur. Prezident İlham Əliyev toplantıdakı nitqində qeyd edib ki, artıq Cənub Qaz Dəhlizi uğurla tamamlanıb. 2020-ci il dekabrın 31-də layihənin son seqmenti olan TAP istifadəyə verilib. Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırıb.
Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində hər zaman maraqlıdır. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizini bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirir. Ötən illə müqayisədə daha çox sayda ölkələrin və şirkətlərin iştirakı, yeni iştirakçıların olması onu göstərir ki, yeni enerji bazarlarında Azərbaycan qazına ehtiyac vardır. Azərbaycan hər zaman beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Bağlanan müqavilələrə tam şəkildə riayət edilib. Ölkəmizin enerji siyasətinin əsasını qarşılıqlı, faydalı, əməkdaşlıq təşkil edir.
Gerçəkləşən hər bir layihənin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rolu var. bu da ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu artırır.
Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan gerçəkləşdirdiyi layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu layihələrlə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Dövlət başçısı İlham Əliyevin bu beynəlxalq toplantıda bildirdiyi kimi: birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir".
Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlar qazanacaqdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramlar hazırlanıb və həyata keçirilməsinə başlanılıb. Hazırda həmin işlər geniş şəkildə davam edir.
Tufan Məmmədov – iqtisadçı ekspert
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 828 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 194 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 219 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 151