"Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi"

"Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi"I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən "Çeildağ" əməliyyatının detalları üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev "Kriminalqafqaz"a cinayət işinin istintaqı barədə arayış göndərib. K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb:

"Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda Sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş "Oqnevoy meşok" deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu öldü. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, "Çeildağ" əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub".

Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında T.Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və Respublikanın Hərbi prokuroru Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilib.

Fotoda: Nəcməddin Sadıkov, Horadiz, 1994-cü il

"Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi"Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb:

"İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, "Çeildağ" əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat N.Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.

1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib onu həbsdən azad etdim.

Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim".

Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb:

"Bu hadisədən sonra, Hərbi Prokuror Nizami Təhməzov mənim işdən azad olunmağım barədə qərar qəbul etdi. Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edildim.

Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Müşavirədə qərar verildi ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi barəsində özbaşına tutma protokolu tərtib edib cinayət məsuliyyətinə cəlbetmə barədə qərar verdiyimə görə həbs olunmalıyam ki, başqalarına dərs olsun.

Səhəri gün məsələ ölkə rəhbərliyinə məruzə olundu. Prezidentin tapşırığından sonra rəhbərlik cinayət işini mənim icraatımdan alaraq başqa müstəntiqə verdi. Düzdür, işi təhvil alan yeni müstəntiq ittihamı məhkəməyə göndərdi. Lakin Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Onun "Çeildağ" əməliyyatındakı 82 hərbçinin ölümündə günahkar olmadığı sübuta yetirildi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi. Nəcməddin Sadıkovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarlarımın sonrakı taleyindən isə xəbərim olmadı".

Fotoda: Dövrün Baş prokuroru Əli Ömərov və Respublikanın Hərbi Prokuroru Nizami Təhməzov

"Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi"Bundan sonra müstəntiq Kamal Əliyev Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək tutulmuş sabiq Müdafiə naziri Rəhim Qazıyevin cinayət işi üzrə istintaqı aparmaqla vəzifələndirilib.

Müstəntiq K.Əliyev Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.

Qeyd edək ki, Talıb Məmmədov isə bəraət aldıqdan sonra yenidən MN strukturunda çalışmağa davam edib. Nazirliyin Baş Kəşfiyyat İdarəsinin rəisi təyin olunub, general-leytenant hərbi rütbəsinə kimi yüksəlib. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin formalaşdırılmasında mühüm rol oynayıb. Azərbaycanın Pakistandakı hərbi attaşesi olub.

Kamal Əliyev isə Hərbi Prokurorluqdan sonra Bakı və Tərtər Hərbi Məhkəmələrində hakim işləyib. Hazırda fəaliyyətini vəkil kimi davam etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2611   Tarix: 08 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ən çox ət, süd və yumurta istehsal edən rayonlar

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə

14.08.2026 204
.

Azərbaycanda zəlzələ oldu - Yenilənib

Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır. Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir. *. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikd

14.08.2026 426
.

Azərbaycanda hüququn aliliyi - hüquqi dövlətin əsas dayağı

Hüququn aliliyi demokratik və hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Bu prinsip dövlət və cəmiyyət həyatında qanunun üstünlüyünü, hər bir şəxsin qanun qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsin

14.08.2026 200
.

Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər

Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə

14.08.2026 232
.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

10:16 0
.

İranın dəniz blokadası nə qədər davam edəcək? - AĞIR ŞƏRTLƏR

ABŞ İranın limanlarına və dəniz daşımalarına tətbiq etdiyi blokadanı müddətsiz davam etdirə biləcəyini açıqlayıb. -ın "Reuters"-ə istinadən məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset donanmanın bölgədəki gəmilərini növbəli şəkildə dəyişdirərək blokadanı istənilən qədər saxlamaq imkanın

14.08.2026 210
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 265
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 215
.

Bu ərazilər üzrə PENSİYALAR VERİLDİ

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib. Bu barədə BİG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb. Respublikanın digər bölgələri üzrə, habelə güzəştl

14.08.2026 282
.

TOP MP3