Professor AÇIQLADI - Epidemioloji durum bu tarixə kimi davam edəcək
Hazırda sürətlə yoluxan virus infeksiyalarının hər birini qrip kim dəyərləndirmək olmaz. Nəzərə almaq lazımdır ki, qrip kəskin klinik əlamətlərlə keçən və fəsadlaşmaya meyilli olan, çox ağır infeksiyalardan biridir. Bu gün "qrippoz" əlamətlərlə müşahidə edilən viral infeksiyalar isə hər bir ailənin "çağrılmamış" qonağıdır. Demək olar ki, bütün ailələrdə kimsə öskürür, boğazı ağrıyır və "qrippoz" vəziyyətdədir.
Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
"Burada qorxulu heç nə yoxdur. Sadəcə olaraq, bütün virus infeksiyalarda olduğu kimi indi də gigiyenik qaydalara əməl etmək, tibbi maska taxmaq və dincəlmək lazımdır. Belə virus infeksiyaları ilə yoluxmanın kəskin artmasına səbəb ötən iki ildə dünyada, elədə Azərbaycanda tətbiq edilən uzunmüddətli karantin rejimidir. Ümumiyyətlə isə hər kəsin fəsli dəyişikliyə uyğun olaraq, ildə 2-3 dəfə simptomsuz və ya simptomla müşahidə olunan viral infeksiyalara yoluxması normaldır. Bu, təbiətin özünü tənzimləmə qanunudur. Ona görə də infeksiyaların artmasına görə qorxmağa və stres keçirməyə ehtiyac yoxdur. Sadəcə olaraq, müvafiq infeksiyalara qarşı vaxtında peyvənd olunmaq məsləhətdir. Həmçinin hazırda yoluxma sayında artım müşahidə edilən yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə də vaksinasiyadan keçmək vacib şərtlərdəndir",- professor söyləyib.
Professor bildirib ki, ölkədə müşahidə edilən hazırkı epidemioloji vəziyyət yalnız Omikron ştamı ilə əlaqəli deyil:
"Hazırkı vəziyyət fəsli viral infeksiyaların simbioz yaşamına xidmət edən tənzim mexanizminin pozulmasının nəticəsi kimi meydana çıxıb. Hesab edirəm ki, ölkədəki mövcud epidemioloji vəziyyət qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcək. Sadəcə olaraq, vətəndaşlar yalnız COVİD-19-dan deyil, bütün xəstəliklərdən qorunmalıdırlar. Nəzərə almaq lazımdır ki, koronavirusun hazırda geniş yayılmış dominant ştammı Omikrondur. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək, lakin patogenlik və letallığı qat-qat zəifdir. Omikronun yoluxduruculuğunun yüksək olduğunu da nəzərə alaraq vətəndaşlar kütləvi toplaşmalardan mümkün qədər uzaq durmalıdırlar. Onlar gigiyenik qaydalara əməl etməli və tibbi maska taxmalıdırlar"./Sfera.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2341 Tarix: 06 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 209 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 215 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
10.11.2026 209 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
10.11.2026 226 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140