Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlər

Xəstəxanada DƏHŞƏT: Narkomanlar bir-birini öldürüb yeyirlərƏfqanıstanda narkomaniyadan asılılığı aradan qaldırmaq üçün minlərlə insan həbs düşərgələrini xatırladan "xəstəxanalara" yerləşdirilib.

BiG.AZ lent.az-a istinadla xəbər verir ki, "Taliban"ın Əfqanıstandakı "xəstəxanalarından" birinə daxil olan danimarkalı jurnalistlər gördüklərinə inana bilməyiblər. Məhkumlardan bəziləri aclıqdan insan əti yeməyə başlayarkən, bir məhbusun pişiyin başını kəsərək yeməsi, üç nəfərin tək yatağı paylaşması və digər əhvalatlar bütün dünyanı şoka salıb.

Keçən il "Taliban" Əfqanıstanı yenidən ələ keçirəndə ilk vədlərindən biri ölkənin narkotik problemini kökündən həll etmək idi, lakin təşkilat xalqın indi aludə olduğu tiryəkdən qazanc əldə etmək üçün illər sərf edib.

Hakimiyyəti ələ keçirdikdən altı ay sonra "Taliban" birtəhər öz sözünü tutub: onlar minlərlə evsiz narkotik aludəçisini üç ay ərzində konsentrasiya düşərgələrinə bənzəyən xəstəxanalara yerləşdiriblər.

"Bir adamı öldürüb bağırsaqlarını bişirdilər"

Kabildəki bu "xəstəxanaların" içərisinə nəzər salanda məlum olur ki, məhbuslar ağır şəraitdə günbəgün əriyir: Az və ya heç bir yemək verilməyən, aclıq hissini aradan qaldırmaq üçün ot yeməyə məcbur edilən insanların sağ qalmaq üçün pişiklər və hətta insan əti yeməkləri haqqında şayiələr yayılıb.

Keçən ay danimarkalı jurnalistlərə danışan, sağalmaq üzrə olan bir narkoman deyib: "Bir adamı öldürüb od vurdular. Onun bağırsaqlarını bişirib yedilər".

Əbdül adlı başqa bir məhbus, "xəstələrin" günlərlə ac qalmasının adi hal olduğunu və insanların müntəzəm olaraq aclıqdan öldüyünü söyləyib.

Əbdül gördüyü mənzərəni bu sözlərlə izah edib: "Dünən insanlar parkda pişiyi yedilər. Onlardan biri pişiyin başını kəsərək ağzına atdı".

Xəstəxanaya gətirmədən edam edirlər

Kabildə ziyarət edilən xəstəxana 1000 çarpayıya malikdir, lakin 3000 nəfər yerləşdirilib. Üç nəfər dar ikiqat çarpayılarda yatmağa məhkumdur.

Məhkumlar bəzi narkomanların xəstəxanaya gətirilmədən edam edildiyini söyləyir. Məhkumlardan biri iddia edir ki, onun doqquz dostu həbsxanada ölümə buraxılıb, qalanları isə klinikaya yerləşdirilib.

Aylardır qıtlıq var və ərzaq getdikcə azalır. Əbdül bildirib ki, həkimlər məhbuslara hər gün yarım çörək verirlər, amma indi heç onu da ala bilmirlər.

İndi təchizat o qədər azdır ki, hər gün yalnız bəzi məhbuslara yemək yeməyə icazə verilir - kiçik bir kasa düyü verilməzdən əvvəl otaqda çılpaq vəziyyətdə sıraya düzülürlər.

Yemək yeyə bilməyənlər çıxıb otun üstünə uzanıb ot yeyirlər. Bu, onları yaşatmaq üçün çox şey etməsə də, aclıq hissini bir az da olsa azaldır.

"Taliban" "heç bir problem yoxdur" deyir

Müəssisəyə rəhbərlik edən həkimlər anlayışlıdırlar, amma az şey edə bilərlər. Həkimlər aylardır maaş almırlar və növbəti maaşlarının nə vaxt veriləcəyi barədə heç bir məlumatları yoxdur.

Bununla belə, dəhşətli dəlillərlə üzləşən "Taliban" sözçüsü heç bir şeyin səhv getmədiyini iddia edir.

"Taliban"ın narkotiklərlə mübarizə agentliyinin rəhbəri Hasibullah Əhmədi deyir: "Bu insanlar xəstədirlər və nə danışdıqlarını bilmirlər".

Əfqanıstan keçən il ABŞ qoşunlarının qəfil ölkədən çıxması və hökumətin bir neçə gün ərzində tamamilə dağılması nəticəsində yaranan iqtisadi çöküşün ortasındadır.

"Taliban" illərdir ölkəyə nəzarəti bərpa etmək arzusunda olsa da, qəfil ələ keçirilməsi onları təəccübləndirərək böyük xaosa səbəb olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1667   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.