Toylara yenidən qadağa qoyulacaq? - Deputatlar danışdı

Toylara yenidən qadağa qoyulacaq? - Deputatlar danışdıSon günlər koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. Qeyd edilir ki, yoluxanlar arasında "Omikron" ştamı üstünlük təşkil edir. Ötən günlərdə yoluxma sayı 6 mindən yuxarıdır.

Bəs koronavirusun bu cür artdığı bir vaxtda toylara yenidən qadağa qoyulmalıdırmı?

Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, hələ ki, qapanmalara, toyların bağlanmasına ehtiyac yoxdur:

"Yenidən qapanmaların olması, toyların bağlanması kimi məsələlər son günlər çox qabardılır. Ümumiyyətlə, yoluxma sayı artan kimi qapanmalara getməyə o qədər də ehtiyac yoxdur. Çünki hazırki koronavirusun tipi "Omikron" tipli virusdur. İnsanların çoxu bunu ayaq üstə keçirir, müəyyən müalicələr alırlar. Ona görə də, hesab edirəm ki, ciddi qapanmaya, bağlanmaya ehtiyac yoxdur. Ciddi qapanma eyni zamanda çox ciddi fəsadlara gətirib çıxarır. Azərbaycanın iqtisadiyyatına böyük təsir göstərir, insanlar işləmirlər və s. bu kimi problemlər ortaya çıxır. Yəni bağlanmaların mənfi tərəfləri də kifayət qədərdir. Bu səbəbdən hələ ki, hər hansı bağlanmaya ehtiyac yoxdur".

Deputat Aqil Abbas açıqlamasında bildirib ki, yoluxma bir qədər artsa da, toyların bağlanmasına ehtiyac yaranmayıb:

"Artım çox sürətlə davam edir, buna görə də insanlar özləri-özlərini gözləməli və vaksinasiya olunmalıdırlar. Amma yenidən toyları bağlamaq, mənə elə gəlir ki, gərəksizdir. Çünki insanlar toylara kovid pasportu ilə buraxılır, hər stolda da 6 nəfər olur. Buna görə də, toyları yenidən bağlamaq olmaz, mən buna razı olmaram. İndi virus daha çox "Omikron"dur, o da qrip kimi özünü göstərir. Amma hər halda insanlar özlərini gözləməli və mütləq şəkildə vaksin olunmalıdırlar".(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5158   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.