Bu fani dünyada maşın arzusu və ya pandemiyanın avtomobil satışlarına təsiri

Bu fani dünyada maşın arzusu və ya pandemiyanın avtomobil satışlarına təsiriAzərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının Marketinq üzrə direktoru Ruslan Musayevin Autograph.az-da dünyada maşın arzusu və ya pandemiyanın avtomobil satışlarına təsiri barədə araşdırması yayımlanıb.

Sözügedən məqaləni təqdim edirik:

COVID-19 adlı virusun tüğyan etdiyi daha bir il geridə qaldı. Bütün sahələrdə olduğu kimi, pandemiya avtomobil sənayesinə də öz təsirini göstərdi.

Zavodların fəaliyyətində baş vermiş fasilələr və yarımkeçiricilərin qıtlığı avtomobil istehsalına təsir edən amillər oldu. Bu arada nə qədər qəribə səslənsə də, lüks seqmentinə daxil olan avtomobil istehsalçıları 2021-ci ili yüksək satış nəticələri ilə başa vurduqlarını açıqladılar.

Məsələn, Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos başçılıq etdiyi məhşur Britanya markasının 2021-ci ili rekordla başa vurmasının səbəbini məhz pandemiyada gördüyünü bildirdi. Sən demə, koronavirus insanlara dünyanın fani olduğunu göstərərək, həyatı tam gücü ilə yaşamağa - yəni arzudıqları avtomobilin alınmasını sonraya saxlamamağa və elə günü bu gün əldə etməyə sövq edibmiş.

Bildirməliyəm ki, bənzər nəticəni Azərbaycanda da müşahidə etmək mümkündür, lakin burada söhbət təkcə lüks seqmentdən yox, ümumiyyətlə avtomobil bazarında baş vermiş tendensiyalardan gedir. Rəsmi məlumatlardan başlayaq:

Dövlət Gömrük Komitəsi açıqlama verib ki, 2021-ci ildə ölkəyə 935,2 milyon ABŞ dolları dəyərində 91 194 ədəd müxtəlif təyinatlı avtomobil ixdal olunub. Bunlardan 85 151 ədədi minik avtomobilləridir.

Şübhəsiz bu sayın tərkibinə təzə və köhnə, eləcə də rəsmi və qeyri rəsmi idxalçıların bazara çıxardığı avtomobillər daxildir. Sıralarında 40-a yaxın avtomobil markasının rəsmi diler və distribyutorlarını birləşdirən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) marketinq şöbəsi 2021-ci ilin yekunları üzrə ənənəvi hesabatını başa çatdırıb. Qeyd edək ki, bu sənədin əsas təyinatı assosiasiya üzvlərinə informasiya dəstəyi vermək, onlara gələcək biznes-planlarında istifadə etmək üçün lazım olan rəqəmləri çatdırmaqdır. Bu hesabatın əksər hissəsi daxili sənəd kimi AADA üzvlərinə göndərilir, lakin heç bir kommersiya sirri kəsb etməyən müəyyən hissəsi avtomobil həvəskarlarını əhatə edən geniş auditoriyaya maraqlı olduğundan, KİV-lərdə dərc olunur.

Beləliklə, hesabata əsasən 2021-ci ildə AADA üzvləri 10 700 ədəd avtomobil idxal ediblər ki, əvvəla bu göstərici rəsmi dilerlərin ümumi bazar payının təxminən 14 faizinə sahib olduğunu göstərir. İkincisi bu rəqəmi 2020-ci ilin nəticələri (6 805) ilə müqaysə etsək, 36.4 faiz artımın şahidi oluruq. Bəlkə də "Rolls-Royce" alıcıları "beş günlük" azarlı-viruslu dünyada arzularına tez çatmağa can atırlar, lakin kütləvi avtomobillər sektorunda satışların yüksəlməsi ondan xəbər verir ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinə vaxtaşırı qoyulan məhdudiyyətlər, üstəgəl metroda-avtobusda mövcud olan yüksək yoluxma təhlükəsi əhali arasında fərdi nəqliyyat vasitələrinə marağı artırmışıdır.

Hələ bir neçə il əvvəl şəxsi avtomobil barədə düşünməyən şəxslər belə hazırda maşın almaq fikrindədir. Hesabatdan daha bir neçə maraqlı rəqəmlər gətirək: keçən il ölkəmizdə premium markalardan 732, kütləvi markalardan isə 9418 avtomobil satılıb. Kommsersiya nəqliyyatı üzrə illik satış göstəricisi 550 ədəd olub.

Kütləvi avtomobillər arasında liderlik B seqmeninə (orta qiymət 17,2 - 29,9 min manat) məxsusdur - bu seqmentdən olan avtomobillərin satışı ümumi göstəricinin 20 faizini (1856 ədəd) təşkil edir. Bu seqmentin lideri "Kia Rio" modelidir. Onu "Lada Granta" və "Skoda Rapid" modelləri təqib edir. İkinci yeri B-SUV seqmentindən (17,3 - 49,9 min manat) olan avtomobillər tutur - 19 faiz (1763). Bu seqmentdə böyük üstünlüklə "Lada Niva" liderlik edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq "Hyundai Creta" və "Kia Seltos" modelləri yerləşir.

Üçüncü yerdə C seqmentinə (26,8 - 41,9 manat) aid edilən avtomobillərdir - onların ümumi satışlardakı payı 17 faiz (1563) təşkil edir. Bu seqmentin liderləri "Hyundai Accent", "Toyota Corolla" və "Hyundai Elantra" modelləridir. İlk beşliyi 15 faizlik (1405) göstərici ilə D-SUV seqmenti və 8 faizlik (731) pay ilə pikaplar tamamlayır. D-SUV-lər arasında şübhəsiz lider "Toyota RAV4" modelidir. Onu "Kia Sorento" və "Hyundai SantaFe" cütlüyü təqib edir. Pikap seqmentindəki üçlük belə sıralanıb: "Mitsubishi L200", "Toyota HiLux" və "JAC T8".

Premium-seqmentdə vəziyyət tamamilə fərqlidir. Burada F sinfindən avtomobillər liderlik edir: birinci yerdə (231 ədəd, 32 faiz) F-SUV, ikinci yerdə 24 faizlik nəticə ilə E-SUV (175), üçüncü yerdə isə 19 faizliik (136) göstərici ilə F seqmentindən olan minik avtomobilləri qərarlaşıblar. Dördüncü və beşinci yerləri, müvafiq olaraq, 14 faizlik (105) nəticə ilə D-SUV və 9 fazlə (67) E seqmentindən olan avtomobillər tutur.

F-SUV seqmentinin lideri "Mercedes-Benz GLS" modelidir. İkinci yerdə "Range Rover" modeli, üçüncü yerdə isə əfsanəvi "Mercedes-Benz G-Class" qərarlaşıblar. E-SUV seqmentində lider "Lexus RX" modelidir. Onu iki "Mercedes-Benz" modeli "GLE" və "GLE Coupe" krossoverləri təqib edir. F seqmentinin şübhəsiz lideri "Mercedes-Benz" markasının flaqmanı "S-Class" sedanıdır.

Maraqlıdır ki, kommersiya avtomobilləri seqmentində də artım müşahidə olunur. Beləki, 2020-ci ildə 489 belə nəqliyyat vasitəsi satılmışdısa, 2021-ci ildə bu göstərici 550 ədəd təşkil edib. Kommersiya avtomobillərinin 70 faizini (386 ədəd) sərnişin, 30 faizini (164) isə yük avtomobilləri təşkil edib. Bu seqmentdəki ilk üçlükdə "FIAT", "Hyundai" və "BAIC" markaları təmsil olunub.

Şübhəsiz oxucuları maraqlandıran əsas sual hansı markanın ümumi satışlar baxmından lider olmasıdır. "Turnir cədvəlinə" son illərdə olduğu kimi "Toyota" markası başçılıq edir - beləki, yapon brendi yeni avtomobillər bazarının 22 faizinə sahibdir. İkinci yerdə bazarın 17 faizinə hakim olan "Lada" markası qərarlaşıb. 15 faizlik göstərici ilə "Hyundai" markası ilk üçlüyə daxil olmağı bacarıb. Dördüncü yerdə 13 faizlik göstərici ilə "Kia" markası yerləşib, beşinci yeri isə 5 faiz göstərici ilə "Mitsubishi" markası tutur. Premium seqmentində liderlik "Mercedes-Benz" markasına məxsusdur. Alman markasının təqibçiləri "Lexus" və "Range Roverdir". Ən maraqlısı odur ki, 2021-ci ildə premium seqmentində artım müşahidə olunmayıb - rəsmi dilerlərin satış göstəriciləri sabitdir.

Keçək əsas məsələlərdən birinə - "yaşıl" avtomobillərə. 2021-ci ildə alıcıların əksəriyyəti sırf daxili yanma mühərriikləri ilə təchiz edilmiş avtomobillərə üstünlük veriblər. Məlum məsələdir ki, benzin mühərrikləri ilə təchiz edilmiş avtomobillər böyük üstünlük təşkil edir. Lakin son zamanların trendi - hibrid avtomobillərinin satışı da ciddi şəkildə artıb və bu sahədə liderlik "Toyota" markasına məxsusdur. Yapon markasının dilerləri alıcılara hibrid güc qurğusu ilə təchiz edilmiş "Corolla", "Camry" və "RAV4" modellərini təklif edirlər. Hibridlər arasında birincilik "RAV4" krossoverinə məxsusdur - alıcıların 65 faizi hibridlə təchiz edilmiş krossoveri seçiblər. Hibrid mühərrikinə malik olan "Camry" və "Corolla" modelləri də öz alıcılarını tapıb.

Elektromobillərə gəldikdə, 2021-ci ildə rəsmi dilerlərdən yalnız "Jaguar" nümayəndəsi "E-Pace" elektrokarını təklif edib və Britaniya markasının ümumi satışlarında elektrokar "F-Pace" krossoverindən sonra ikinci yeri tutur! Şübhəsiz 2022-ci ildə "yaşıl" seqmentdə satışların artacağı gözlənilir. Ümid edirik ki, gömrük qanunvericiliyində edilmiş dəyişiklər ekoloji cəhətdən təmiz yeni avtomobillərin satışlarının təşviqinə təkan verəcəkdir.

Son olaraq bir daha xatırladım ki, avtodilerlər assosiasiyasının bu araşdırmaları yalnız və yalnız rəsmi idxalçıların 2021-ci ildə göstərdikləri satış nəticələrini əhatə edir. İşlənmiş avtomobillər bazarında nələr baş verib - bu tam başqa söhbətin mövzusudur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 207
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.