İlham Şaban: "Avropa ölkələri Azərbaycandan əlavə qaz almaq istəyir"

İlham Şaban: "Avropa ölkələri Azərbaycandan əlavə qaz almaq istəyir""Biz 4 fevral 2022-ci il tarixini Azərbaycan və Avropa arasında təbii qaz sahəsində əməkdaşlıqda yeni səhifənin açılması kimi qiymətləndirə bilərik".

Bunu "Report" açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ötən gün Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısınını yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 19 sentyabr 2013-cü il tarixində "Şahdəniz" konsorsiumunda 10 Avropa şirkəti arasında qazın alqı-satqısı ilə bağlı imzalanan saziş bu layihənin birinci mərhələsi idisə, dünən keçirilən tədbirlə ikinci mərhələsinin əsası qoyulub.

Ekspert deyir ki, bir tərəfdən Avropa ölkələri Azərbaycandan əlavə qaz almaq niyyətlərini ortaya qoyublar, digər tərəfdən isə Azərbaycan bu niyyətə müsbət cavab verib: "Onun detallarının açıqlanması isə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun mətbuat konfransında qeyd etdiyi kimi, müəyyən detallı təhlillərdən sonra olacaq. Yəni Avropa ölkələri hansı həcmdə əlavə qaz həcmləri qəbul etməkdə maraqlı olacaqlar və buna uyğun olaraq da Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələləri gündəmə gələcək. Bakıda keçirilmiş nazirlərin VIII toplantısının əsas əhəmiyyəti budur".

İ.Şabanın fikrincə, dünənki toplantı həm də Azərbaycan qazının Avropa bazarında satılmasının ilk ilinin yekunlarına həsr olunub: "Bu ilin təhlili onu göstərdi ki, Azərbaycan qaz bazarı məkanına yeni bir oyunçu kimi daxil oldu. Ölkəmiz özünü intizamlı bir oyunçu kimi göstərdi və bu müddətdə Avropadakı istehlakçıların inamını qazandı. Hətta Azərbaycan Avropada rəğbət hissi də oyada bilib. Bunun nəticəsidir ki, nəinki qaz alan ölkələrdən, hətta Azərbaycan qazı getməyən ölkələrdən belə ona sifarişlər gəlib".

Bakıdakı tədbir çərçivəsində təşkil olunmuş mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson bildirib ki Cənubi Qaz Dəhlizi Cənub-Şərqi Avropa ölkələrinə gözəl töhfədir. Onun sözlərinə görə, hazırda enerji bazarında sıxıntı və qiymətli artım müşahidə olunur: "Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür. Xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır".

Bakıdakı tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna, Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ediblər.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, "Fluxys", İCGB, "Romgaz", SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Bugünki iclasda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndələri qatılıblar.

Nazirlərin 8-ci iclası "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarla davam edib.

Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 207
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.