Politoloq: "Fransa rəhbərliyi artıq Azərbaycanın əhəmiyyətini anlayır"
"Fransa yeni reallıqları qəbul edir, çünki başa düşür ki, gündəliyini köhnə reallıqlar üzərindən qurarsa, regionda öz strateji maraqlarını təmin edə bilməyəcək. Fransa rəhbərliyi çox gözəl şəkildə başa düşür ki, Azərbaycanla münasibətlətlərin normal şəkildə qurulması bir çox istiqamətdə onlar üçün vacibdir".
Bunu "Report"a siyasi şərhçi İlqar Vəlizadə söyləyib.
Onun sözlərinə görə, Fransa öz nüfuzunu sadəcə Cənubi Qafqazda deyil, həm də Xəzəryanı regionda qorumaq niyyətindədir, habelə Azərbaycanda iqtisadi maraqların qorunmasına da önəm verir:
"Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının mühüm qaz təminatçısıdır. Misal üçün, "Total" şirkəti Azərbaycanda irimiqyaslı layihələrdə iştirak edir. Fransa bunu anlayır və Azərbaycanla normal dialoq qurmaq istəyir. Əgər Fransa tərəfi gözüyumulu şəkildə ermənilərə dəstək versəydi, bu dialoq mümkün olmayacaqdı və bundan ilk növbədə Fransa itirəcəkdi. Ermənistan isə savaşda yenilmiş dövlət olaraq Fransaya heç nə verə bilmir: nə iqtisadi divident, nə də siyasi nüfuzun möhkəmləndirilməsi. Beləliklə, Fransa bütün bu məqamları nəzərə alaraq regionda praqmatik siyasət yürütməyə çalışır".
İ.Vəlizadə ötən gün Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdən sonra Aİ Şurası və Fransa prezidentlərinin ümumi bəyanatında "Qarabağ münaqişəsi", "Minsk qrupu" kimi ifadələrə yer verilmədiyini vurğulayıb:
"Minsk qrupu, Qarabağ münaqişəsi və s. köhnəlmiş gündəliklər üzərindən diskussiyalar aparmaq qeyri-məhsuldar olardı, çünki bu yanaşmalar, terminlər üzərindən müzakirələr aparılsa, bunların heç bir əhəmiyyəti olmayacaq və nəticə etibarı ilə bunlar vaxt itkisidir. Qəbul edilən son bəyanatda da həmin terminlər yer almayıb. Tərəflər gələcəyə baxmağa çalışır. Burada Azərbaycanın da mövqeyi əsas rol oynayır. Azərbaycanın regional siyasətə təsiri burada da özünü göstərib ki, bu terminlər yer almayıb. Son illər ərzində Azərbaycanın Aİ-nin mühüm qaz təminatçısı olub, düşünürəm ki, bu amili də gözdən qaçırmaq olmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 694 Tarix: 05 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBanklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 222 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
10.11.2026 210 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
10.11.2026 207 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 181 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256