İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb.
Gəncədə çəkildiyi deyilən videoda iddia olunur ki, sahibsiz heyvanlar şəhərin küçələrindən yığılaraq mərkəzdən aralıda bir əraziyə gətirilib və orada daş və digər alətlərlə vurularaq öldürülüb. Yayılmış görüntülərdən də aydın olur ki, onlarla itin cəsədi zibilliyə atılıb. Onların arasında yarımcan olan, yaralananlar da var.
"Qafqazinfo" sözügedən görüntülərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, İcra Hakimiyyəti tərəfindən belə bir göstəriş verilməyib və hazırda faktla bağlı araşdırma aparılır: "Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir.
Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1421 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 72 Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt
"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı
14.08.2026 284 Süni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur
"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrd
14.08.2026 212 İnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14.08.2026 234 Ən çox ət, süd və yumurta istehsal edən rayonlar
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə
14.08.2026 219 Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir
Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd
14.08.2026 246 Əlil qızı qaçırıb təcavüz etdilər
Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şahinbəy rayonunda baş verib. Qızlarından xəbər ala bilməyən ailə polisə müraciət edib. Axtarışlara başlaya
14.08.2026 269 Hörmüz boğazında böhran: Dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üz-üzə qala bilər
"Hörmüz boğazında gərginliyin uzanması dünya iqtisadiyyatı üçün yeni enerji şoku yarada bilər. İran, ABŞ və İsrail arasında davam edən müharibənin Hörmüz boğazı ətrafında getdikcə daha da kəskinləşməsi artıq yalnız hərbi və siyasi məsələ deyil, qlobal iqtisadiyyat üçün ciddi risk faktoruna çevrilib
14.08.2026 216 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 271