Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMAAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.

Komitədən Oxu.Az-a verilən xəbərdə bildirilib ki, fevralın 3-də kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü yayılıb.

Qeyd olunub ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər:

"6 yaşlı uşağın anası A.Ə. həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır.

Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər. Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur", - deyə məlumatda bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1619   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenski: Rusiyanın zərbələri nəticəsində həftə ərzində 52 nəfər ölüb, 346 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri həftə ərzində 3 170-dən çox PUA, 1 300-dən çox idarəolunan aviabomba və müxtəlif tipli 74 raket buraxaraq Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb. "Atəşlə

17.05.2026 121
.

Maaşlarla bağlı VACİB XƏBƏR - Onların maaşı belə VERİLƏCƏK

Publiklərdə işləyənlərin maaşlarının ödənilməsi üçün optimal sistem yaradılacaq. -ın məlumatına görə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün yeni və optimal sistemin yaradılması planlaşdırılır. Yeni sistemə əsasən, əməkhaqlarının dövlə

17.05.2026 212
.

Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanı

17.05.2026 142
.

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə məlumat verib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqra

17.05.2026 156
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17.05.2026 137
.

Başqasının kartına səhvən pul köçürsəniz, onu geri ala bilərsiniz - Qanun nə deyir? - VİDEO

Vətəndaşlar bəzi hallarda pulu səhvən başqasının kart hesabına köçürə bilərlər. Bu halda çox adam vəsaiti necə geri qaytaracağını bilmir. -ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu şəxsin səhvən başqasının kartına pul köçürməsi ilə bağlıdır. Bu halda vətəndaş nə etməlidir?. Sözügedə

17.05.2026 161
.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfərə gəlib

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxal

17.05.2026 137
.

İtaliyada şəhər mərkəzində terror həyəcanı: Corcia Meloni səfərini yarımçıq dayandırdı

Corcia Meloni Modenada sürücünün avtomobili piyadaların üzərinə sürməsi hadisəsi ilə əlaqədar Kiprə işgüzar səfərini yarımçıq dayandırıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hökumətdəki mənbələrin verdiyi məlumata görə, o, gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenay

17.05.2026 107
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyy

17.05.2026 166
.

TOP MP3