Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət göstərilir
Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də möhkəm və uğurlu təməl qoyulmuşdur. Gənclərin rahat yaşaması, təhsil alması, karyera qurması, işləməsi və inkişafı üçün yaradılan bütün şəraitin kökündə Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasəti dayanır. Çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclərin gücünü düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Gənclər və İdman Nazirliyinin yaradılması, iyirmi beş il əvvəl Azərbaycan Gənclər Gününün təsis edilməsi, gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi Gənclər siyasətinin institutlaşdırılması üçün atılmış mühüm addımlar idi.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarında hər zaman gəncləri hər bir xalqın, hər bir millətin, hər bir ölkənin bu günü, sabahı və ümidi adlandırırdı. Onun təməlini qoyduu siyasi kursu bu gün Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirir. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyən ölkə başçımız İlham Əliyev bütün hakimiyyəti dövrü həqiqətən də biz gənclərin rifahı, xoşbəxt gələcəyi naminə çalışmış və bunun üçün bütün zəruri addımlar atılmışdır. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla "2007-ci ilin "Gənclər ili" elan olunmasına dair tədbirlər planı" təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında "Gənclər evi"nin yaradılması nəzərdə tutulmuşdur. Hazırda ölkəmizdə gənclərin hərtərəfli inkişafına xidmət edən Gənclər Karyera və İnkişaf Mərkəzlərinin 55 şəhər və rayonda nümayəndəlikləri fəaliyyət göstərir.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun qazandığı Zəfər gəncliyimizin mənəvi zirvəsidir. Azərbaycan Ordusunun sıralarında xidmət edən qəhrəman gənclərimizin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti quruculuq və bərpa işləri, yaradılan infrastruktur layihələr biz gənclərə böyük fərəh və qəti əminlik verir. Bilirik ki, bütün bu işlərin görülməsi dövlətimizin iqtisadi gücü sayəsində mümkün olur və bu bərpa-quruculuq işlərində gənclər yaxından iştirak edirlər. Buna görə də biz gənclər Prezidentimizi əmin edirik ki, hər zaman bizə güvənə bilər, biz onun ətrafında bir yumruq kimi sıx birləşərək ölkəmizin işıqlı sabahı naminə yorulmadan çalışacağıq.
Fuad Heydər – YAP Səbail Rayon təşkilatı aparatının əməkdaşı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10.11.2026 192 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 151 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 216 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304