Maqsudun müğənniləri necə təhdid etdiyi məlum oldu

Maqsudun müğənniləri necə təhdid etdiyi məlum olduÖtən ildən axtarışda olan, Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən​ iş adamı, bloqer Maqsud Mahmudovun tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya qarşı törətdiyi cinayət əməlinin detalları üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Mahmudov beynəlxalq axtarışda olduğu vaxt, 2020-ci ildə yutubda əməkdar artist Vasif Məhərrəmlinin şəxsi həyatı barədə ictimai nüfuzuna xələl gətirən fikirlər səsləndirib. Daha sonra Ukrayna mobil nömrəsindən mesaj yazaraq onun özündən yaşca böyük qadınla nikahdankənar münasibətləri və şəxsi həyatı barədə məlumatlara malik olduğunu deyib. M.Mahmudov həmin məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə əməkdar artistdən 1000 manat tələb edib. V.Məhərrəmli isə üçüncü şəxs vasitəsilə pulu M.Mahmudova verib.

İş adamı eyni tələblə müğənni Afət Fərmanqızını da hədələyib. Belə ki, Mahmudov müğənninin intim görüntülərinə malik olduğunu deyib və şəxsi həyatı barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib. Lakin A.Fərmanqızı M.Mahmudovun tələb etdiyi 1000 manatı ona verməyib. Bundan sonra təqsirləndirilən şəxs yutubda müğənninin şəxsi həyatı ilə bağlı rüsvayedici məlumatlar yayıb.

Vasif Məhərrəmli işlə bağlı dindirilərkən bildirib ki, o, yutubda özü haqqında videonu görəndən sonra Mahmudovla əlaqə yaradıb: "Maqsud adlı şəxs mənim barəmdə təhqir və rüsvayedeci video yaymışdı. Həmin videoya baxanda gördüm ki, bu adam mənim anam yaşında bir qadınla qeyri-rəsmi yaşadığımı və həmin qadına guya 3 otaqlı mənzil alıb orada saxladığımı deyir. Videoda onun yerləşdirdiyi xarici nömrəyə zəng vurub danışdım. Maqsuda bildirdim ki, yaydığı məlumatlar həqiqəti əks etdirmir. Həm də ailəmdə və tanıdığım şəxslər arasında lazımsız söz-söhbətə səbəb olur.

Bir müddət sonra Maqsud həmkarlarım-Manaf Ağayev və Afət Fərmanqızı haqqında da oxşar məlumatlar yaydı. Manaf və Afət xahiş etdilər ki, onları Maqsudla danışdırım. Üçümüz Maqsudla görüntülü danışdıq və xahiş etdik ki, sənət adamları barəsində belə şeylər yaymasın. Bir müddət sonra Maqsud mənə zəng edərək təcili 1000 manat lazım olduğunu, pulu verməsəm, yutubda mənim özümdən yaşca böyük qadınla nikahdankənar münasibətdə olmağımı və məni nüfuzdan salacaq rüsvayedici məlumatlar yayacağını dedi. Bildirdi ki, videoda ağır ittihamlar olacaq və məni elə hörmətdən salacaq ki, çölə çıxmağa üzüm olmayacaq. İllərdir qazandığım hörmət yerə dəyməsin deyə, Maqsudun hədə-qorxusuna inanıb razılaşdım. Pulu göndərdiyi bir adama verdim. Pulu verəndən sonra Maqsud daha haqqımda heç bir məlumat yaymadı. Onun tutulub Azərbaycana gətirildiyini öyrənəndən sonra şikayət etmək qərarına gəldim".

Müğənni Afət Fərmanqızı isə ifadəsində bildirib ki, yutubda Maqsud Mahmudovun onun barəsində yaydığı videonu görəndən sonra müğənni tanışı Manaf Ağayevdən kömək istəyib: "Manaf mənə Vasif Məhərrəmlinin bu işdə kömək göstərə biləcəyini dedi. Üçümüz vatsapdan Maqsuda görüntülü zəng elədik. O, mənim oğlumun atasının kimliyinin bəlli olmadığını demişdi. Mənim oğlum yetkinlik yaşındadır və bunu görüb depressiv hala düşmüşdü. Hətta özünə qəsd edəcəyindən də ehtiyat etmişdim. Bir müddət sonra Maqsud zəng edib maddi sıxıntıları olduğunu dedi. Bildirdi ki, mənim gürcüstanlı bir adamla intim görüntülərimi əldə edib.

Dedi ki, "1000 manat versən, görüntüləri yaymayacağam". Amma mənim heç bir gürcüstanlı şəxslə yaxın münasibətim olmadığından Maqsudun hədə-qorxu ilə 1000 manat pul almağa çalışdığını başa düşdüm. Ona görə də pulu verməkdən imtina etdim. Bir neçə gün sonra Maqsud yutubda mənim guya Paşa adlı gürcüstanlı şəxslə intim görüntülərim olduğunu deyərək video yaydı. Daha sonra Ukraynanın səlahiyyətli şəxslərinə müraciət edib Maqsud Mahmudovun qanunsuz əməlləri barədə məlumat verdim. Bir müddət sonra da onun tutularaq Azərbaycana gətirildiyini gördüm".

Qeyd edək ki, külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov ötən ilin sentyabrında Ukraynada saxlanılıb. Azərbaycana təhvil verilən Mahmudovun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2041   Tarix: 03 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 216
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.