"Bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq"

"Bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq"Bakıda məşhur "Beerlin Pub"da müştərini döyərək öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, prosesdə ölən müştəri Vüqar Mustafayevin qardaşı Fərid Mustafazadə ifadə verib.

O bildirib ki, hadisə günü ona gələn zəng vasitəsilə qardaşının koma vəziyyətində olduğunu öyrənib: "Vüqarı əvvəlcə özəl klinikaya apardıq, amma qəbul etmədilər. Ordan 3 saylı xəstəxanaya getdik. 2-3 dəqiqə yanında oldum, bədəni göyərmişdi. Həkim dedi ki, Vüqar beyin ölümü keçirib, ürək döyüntüsü müvəqqətidir. Sadəcə yaxınlarının vidalaşması üçün süni nəfəs aparatına qoşmuşuq. Mən vəziyyətlə barışmadım və bir neçə klinika ilə əlaqə saxladım. Gəlib baxdılar, dedilər ki, 1 faiz də ümid yoxdur.

Əvvəlcə mənə dedilər yıxılıb, sonra dedilər hündürlükdən yıxılıb. Hadisə vaxtı onun yanında olan dostu Valehlə görüşdüm. Onun da üzündə görünəcək zədələr var idi. Dedi ilk dəfə getdiyimiz yer deyil. Orxanın ailə üzvləri 40 mərasimində gəldi, üzrxahlıq etdilər. Dedik yasdan sonra gələrsiz, oturub danışarıq. Amma gələn olmadı. Qarşı tərəflə barışıq haqda düşünmürük".

"Bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq"Daha sonra hadisə vaxtı mərhumun yanında olmuş dostu Valeh Mustafayev ifadə verib. O, "Beerlin Pub"a gəlməzdən öncə hərəyə 100 qram konyak içdiklərini deyib: "Yanımızdakı dostumuz corab geyinməmişdi. "Bosonojka"da idi deyə ayağı görünürdü. Buna görə bizi paba buraxmadılar. Qayıdıb maşında corabımı ona verdim. Mən ayaqqabımı corabsız geyindim. Məndə qapalı ayaqqabı idi deyə ayağım görünmürdü. Bu dəfə də dedilər, "xanımsız gəlmisiz, olmaz". Mən Orxana dedim ki, "normal səbəb deyin". O yenə də bizi buraxmadı. "Riyad" mühafizə şirkətinin rəhbərini tanıyırdım. Ona zəng elədim ki, tapşırsın, bizi buraxsınlar. Amma xeyri olmadı. Sonra Orxana dedim ki, "səni bura qoymayıblar, kimisə vurasan". Bu sözdən sonra mənə yumruqlar dəydi. Çıxdım, tez 102-yə zəng etdim. O biri dostum dedi ki, Vüqar yıxılıb. Təcili yardıma nə qədər zəng etsəm də, düşə bilmədim. Onda artıq mühafizəçilər ortalıqda yox idi. Restoran rəhbərliyindən heç kim yaxınlaşmadı. Vüqarı xəstəxanaya apardıq".

"Beerlin Pub"ın administiratoru Ramin Hidayətov mühafizəçiyə Vüqarla Valehi içəri buraxmamaq barədə şəxsən göstəriş verdiyini deyib: "Mən restorana gələndə qapıda mübahisə gedirdi. Mühafizəçilərə dedim ki, sərxoş olduqlarına görə içəri buraxmayın. Amma bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq. Hadisə ani baş verdi. Vüqar orda dedi ki, gedək başqa bir məkana, amma Valeh mübahisəni davam etdirdi. Dedi ki, burda oturacağıq, pulumuz var. Orxana "sən bıksan, səni vurarıq" kimi qıcıqlandırıcı sözlər dedilər. Mühafizə də ondan ötrüdür ki, qeyri-adekvat adamları içəri buraxmasın".

Mərhumun qardaşı müdaxilə edərək, administiratoru yalan danışmaqda ittiham edib. O deyib ki, Vüqargilin rezerv etdiyi masanı başqa müştəriyə verdikləri üçün onları bəhanə tapıb pabdan uzaqlaşdırmaq istəyiblər.

Proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa, Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3944   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.