Həkimdən həyəcan TƏBİLİ: "Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa..."

Həkimdən həyəcan TƏBİLİ: "Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa..."Pandemiya dövründə təngnəfəslik deyəndə ilk ağıla gələn "görəsən koronavirusa yoluxmuşam?" sualı olur. Lakin əslində bu simptom bir tək koronavirusla bağlı deyil. Bu sindrom orqanizmdə müxtəlif xəstəliklərin, problemlərin ilkin əlaməti ola bilər.

İstənilən xəstəliyin ilkin simptomlarını düzgün qiymətləndirib Həkimə müraciət etməklə sağlamlığımızın keşiyində dayana bilərik.

Bəs görəsən, əslində son dövrlər tez-tez rastlaşdığımız təngnəfəslik sindromu nədir?

Təngnəfəslik nədən yaranır? Bu psixoloji, stresdən yaranan haldır yoxsa necə? Onun qarşısını almaq üçün nə etmək lazımdır?

Oxu.az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırıb. O bildirib ki, norma çərçivəsində yetkin insanlarda dəqiqədə 8-12 tənəffüs hərəkəti olmalıdır:

"Onun tənəffüs həcmi isə 400-800 ml təşkil edir. Lakin, vərdiş etmədiyimiz fiziki işlə məşğul olduqdan sonra qısa müddət müşahidə edilən təngnəfəslik normal haldır. Lakin təngnəfəslik yaxud hava çatışmazlığı kimi təsvir olunan şikayət uzun müddət davam edirsə, xüsusən də qəflətən səbəbsiz olaraq, bəzən yuxuda belə yaranırsa, bu zaman orqanizmdə hər hansı ciddi potologiyanın əmələ gəlməsindən şübhələnmək olar".

Həkim qeyd edir ki, təngnəfəsliyin yaranma səbəbləri həm bronx-ağciyər sistemi ilə, həm də ürək-qan damar sistemi ilə əlaqəli ola bilər:

"Eyni zamanda ağciyər arteriyasinin tromboemboliyasi səbəbindən, artıq çəki, psixo-emosional gərginliklə və s.məqamlardan da təngnəfəslik yarana bilər. Hər birinin yaranma səbəbinin özünün xarakter əlamətləri və özünəməxsus kliniki gedişatı olur. Tənəffüs zamanı kənardan aydın eşidilən fitverici səslər adətən qırtlağın daralmasından yəni stenozdan xəbər verir. Laringit, allergik reaksiya, yad cisim və s. buna səbəb ola bilən məsələlərdəndir. Nəfəs vermə zamanı yaranan çətinliklər, boğulma, boğaz tutmalarının olması, öskürək, xışıltılı tənəffüs daha çox bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxit və pnevmoniyalar üçün xarakterdir.

Pnevmoniyalar həmçinin bədən hərarətinin artması ilə də xarakterizə olunur. Pasient daha çox nəfəs almadan şikayət edərsə, uzanmış vəziyyətdə təngnəfəslik artıb, oturduqda azalırsa (buna ortopnoe deyilir-red.), yanaşı olaraq ödəmlər, sianoz (dəri və selikli qişalarin göyərməsi- red.), fiziki hərəkət zamanı təngnəfəslik artarsa və döş sümüyü arxası ağrılarla müşayiət olunarsa, problemin ürək qan damar sistemi ilə əlaqəli olunduğu düşünülə bilər.

Eyni zamanda mərkəzi sinir sisteminin zədələnmələri, insult, travma, beyin ödəmi, intoksikasiyalar qəflətən yaranan təngnəfəsliyə gətirib çıxara bilər. Həmçinin diabetik koma zamanı asidoz, böyrək çatmamazlığı, geniş iltihabi proseslər də dispnoe yeni təngnəfəslik sindromuna yol açır. Ağciyərin hiperventilyasiyası deyilən bir hal daha çox qadınlarda psixo-emosional gərginlik keçirərkən, müxtəlif nevrotik pozğunluqlar zamanı özünü pasientdə havadan doymamaq hissi kimi, yaxud dərindən nəfəs ala bilməmək hissi kimi xarakterizə olunur. Bu hal psixonevroloqlar tərəfindən müalicə olunur".

"Təngnəfəslik ciddi hal olduğu üçün onu diqqətsiz qoymaq, yaxud xalq təbabəti ilə aradan qaldırmaq mümkün deyil. Bu kimi problemlər varsa, onun səbəbini araşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir", - deyə həkim qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1718   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 266
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.