Jurnalistin həyat yoldaşını şikəst edən həkim hələ də cəzasız qalıb - Keçmiş hakim niyə əl çəkmir?

Jurnalistin həyat yoldaşını şikəst edən həkim hələ də cəzasız qalıb - Keçmiş hakim niyə əl çəkmir?Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhlənkarlığı ucbatından ölümlə üzləşməsi məsələsi aktual olaraq qalır. 1 ilə yaxındır ölkənin aparıcı dövlət qurumlarına və məhkəmə instansiyalarına müraciət edən telejurnalistin səsinə səs verən tapılmır. Günel Gözəlova isə həyat yoldaşını şikəst və ölümə tərk edən "Buta" klinikasının həkimi, cərrah uroloq-androloq Araz Bayramovun cinayət məsuliyyətinə cəlb olunması üçün sonadək gedəcəyinə qərarlıdır.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 2021-cil il fevralın 18-də 6 saata yaxın davam edən böyrək daşı əməliyyatından sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu ilə çıxarılıb.

Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında 6 aydan çox davam edən məhkəmə işi ilkin instansiyada tamamlanıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev iddiaçı tərəfin iştirakı olmadan həkim-uroloq Araz Bayramovun günahsız olması barədə qərar çıxarıb.

İddiaçı tərəfin üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməməsi ilə bağlı müraciətinə baxılmaması, üstəlik məhkəmənin keçirilməsi məsələni daha da qəlizləşdirib.

Günel Gözəlova ədalətsiz və qərəzli hesab etdiyi qərardan yenidən məhkəməyə müraciət edib.

"Vüqar Quliyev hakimlikdən alınsa da, məsələyə mane olur"

Bizim.Media-ya şikayəti ilə bağlı müraciət edən Günel Gözəlovanın sözlərinə görə hazırda iş Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatında olsa da, məsələ bilərəkdən uzadılır:

"2021-ci ilin noyabrın 3-də Nərimanov Rayon Məhkəməsi sonuncu qərardadımızı Apelyasiya Məhkəməsinə göndərdi. Vəkilim Elçin Sadıqov elektron sənədi düzgün doldurmadığına görə Apelyasiya Məhkəməsi sənədi geri göndərdi. Nərimanov Rayon Məhkəməsi o gündən işə baxılması üçün sənədləri Apelyasiya Məhkəməsinə təqdim etmir. Nərimanov Rayon Məhkəməsinin keçmiş hakimi Vüqar Quliyev vəzifəsindən alınsa da, məsələyə mane olur. Necə ki, sentyabr ayında bizsiz qərardad qəbul etmişdi və qərarı Apelyasiya Məhkəməsinə göndərməyək deyə uzun zaman elektron sistemə yerləşdirmədi.

Bununla bağlı mütəmadi müvafiq qurumlara məktub yazdım. Məhz təzyiqlərdən sonra qərar elektron sistemə yerləşdirildi. Indi də sənəd gecikdirilir və Apelyasiya Məhkəməsinə göndərilmir".

"Dövlət qurumlarının 90 faizi prezidenti aldadır"

Günel Gözəlovanın sözlərinə görə dəfələrlə Vüqar Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciətlər etsə də, qurum xanım telejurnalistin şikayətlərinə nəinki baxmayıb, heç bir reaksiya bildirmıyib:

"Azərbaycanda qəribə strategiya formalaşıb. Bəzən müraciət etdiyin nazirliklər "bu bizim səlahiyyətimizdə deyil" cavabını verir. Amma unutmurlar ki, bunun hakiminə də, vəkilinə də, məhkəməsinə də cavabdehdirlər. Dövlət qurumlarının 90 faizi prezidenti aldadır. Səhiyyə Nazirliyi məlum məsələ ilə bağlı absurd və anormal cavab verir.

Deyir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov nə qərar versə odur. 4 məhkəmə olub, amma bir şahid dindirilməyib. Hansı ki, yoldaşımın müalicəsi ilə bağlı 43 gün "Buta" klinikasında olmuşuq".

İddiaçı tərəf Nərimanov Rayon məhkəməsinin qərəzli qərarını belə əsaslandırıb:

"Yoldaşım uzun illərdir ki, iqtisadçı və şöbə müdiri kimi çalışıb. Hansı şirkət nitq qüsurlu adamı şöbə müdiri kimi vəzifədə saxlayar? Həyat yoldaşım sağlam və əməliyyata girməmişdən bir gün öncəyə qədər işdə olub. Bir dəfə də olsun Nərimanov Rayon Məhkəməsi Anarın çalışdığı yerə rəsmi müraciət etmədi. Amma Araz Bayramovun vəkili məhkəmədə guya yoldaşımın əməliyyatdan öncə də qüsurlu olduğunu iddia etdi. Adamlar gör necə gerizəkalıdır. Hakimlikdən alınmış Vüqar Quliyev bir cümlə demədi ki, sən nə danışırsan? Halbuki istəsəydi Anarın işlədiyi yerə rəsmi məktub yollayardı".

"Araz Bayramov cinayətkardır və o, cəzasına çatmalıdır"

Şikayətçi növbəti dəfə ölkə başçısı İlham Əliyevə və digər aidiyyəti qurumlara rəsmi məktub ünvanladığını deyib:

"Araz Bayramov orada-burada arxasında guya çox pullu, biznesmen və tanınmış müğənni dayandığını, ona heç kəs, heç nə edə bilməz deyir. Görün biz hansı cəmiyyətdə yaşayırıq? O həkim tanıdığımız 3 jurnalistin də həyatında çox ciddi fəsadlar buraxıb. Heç kəs bu həkimi çağırıb bir söz demir. Nərimanov Rayon Prokurorluğunda heç bir şahid dindirilmədən məsələ bağlanıldı. Əminəm ki, Araz Bayramov özünü ən yüksək səviyyədə tapşırtdırıb. Yoldaşımın əməliyyatından 1 il keçib və mən hələ də xəstəxanalardayam. Təkcə deffektoloqla loqoped xərci 3 ay üçün 5400 manatdır.

Anar bitki kimi idi. Şükür bu günkü günə, xeyli irəliləmişik. Düzdü, həyatı təhlükəsi həmişə var. Çünki adam subaraxnoidal qanaxma keçirib. Dünyada bu qanaxmanı 50 faiz keçirən şəxs yerindəcə ölür.

Digər 50 faiz isə 3-10 il arasında həyatını risklə yaşayır. Anar əməliyyatdan dərhal sonra MRT olunsaydı, müayinəyə uyğun ona oksigen və ya lazımi müalicələr aparılsaydı bu gün o, bu durumda olmazdı. Araz Bayramov ikitərəfli beyin insultu keçirmiş xəstəni tam 10 gün sonra öz ayağı ilə başqa bir klinikaya MRT müayinəsinə yola salır. Bizə isə "beynində heç bir problem çıxmadı" deyib, aldadaraq Anarı xəstəxanadan çıxardır. Bu işin sonuna qədər, hətta Avropa Məhkəməsinə qədər gedəcəyəm. Həyat yoldaşımı ölümlə üz-üzə qoyan Araz Bayramov cinayətkardır və o, cəzasına çatmalıdır".

Qeyd edək ki, məsələ ilə bağlı Araz Bayramov mətbuata açıqlamalarında Günel Gözəlovanın ona qarşı irəli sürdüyü ittihamları əsassız sayıb.

Telejurnalistin rəsmi müraciət etdiyi Respublika Baş prokurorluğu və Səhiyyə Nazirliyindən isə araşdırma yekunlaşandan sonra nəticəsi barədə ictimaiyyətə məlumat açıqlanacağı bildirilib.

Məsələ ilə bağlı Bizim.Media Ədliyyə Nazirliyindən cavab ala bilməyib. Qurumun mətbuat katibliyi məlum məsələyə susqunluqla yanaşıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1544   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10.11.2026 271
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 209
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

10.11.2026 233
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 186
.