Mismarından taxtasına qədər bahalaşan bazar – ARAŞDIRMA

Mismarından taxtasına qədər bahalaşan bazar – ARAŞDIRMAMütəxəssislər deyir ki, tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün həmin məhsullar bütün dünyada bahalaşdığından, bizim bazarda da artım var.

Hər sahədə olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət artımı davam edir. Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Son aylarda qiymət artımı, əsasən, taxta və digər ağac materialları, gips, boyalarda, üzləyici materiallarda müşahidə olunur. Xüsusilə, ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb.

Bəs tikinti materiallarının bahalaşmasının uzun müddət davam etməsinə səbəb nədir? İnşaat malları sektorundakı qiymət artımları daşınmaz əmlak bazarına da təsir edir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik:

Dünya bazarlarının təsiri

Millət vəkili Azər Badamov deyir ki, ölkəmizdə tikinti malları bazarındakı bahalaşma dünyadakı qiymətlərlə əlaqədardır: "Bahalaşma təkcə tikinti sektorunda yox, digər sahələrdə də mövcuddur. Bütün istiqamətlərdə müəyyən qədər qiymət artımı müşahidə olunur. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə mal və məhsulların qiymətində bahalaşmalar mövcuddur. Tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün dünyada həmin məhsullar bahalaşdığından, bizim bazarlarda da artımlar öz əksini tapır".

Gələn il bahalaşma olmayacaq?

A.Badamov gələn il üçün bahalaşma olacağını düşünmür: "Çünki əksər ölkələrin iqtisadiyyatında pandemiya ilə bağlı azalmalar olub. Bu ölkələr bazarlarını nizamlamaq üçün müəyyən tədbirlər görürlər. Bu tədbirlər qiymətlərdə artımların olmasına gətirib çıxarıb. Həmçinin, ölkələr öz iqtisadiyyatlarını ilin sonuna qədər nizamlayırlar. Hər il yenidən nizamlanmış iqtisadiyyatları ilə bazarlara mal və məhsullar təqdim edirlər. Beynəlxalq ekspertlərin açıqlamalarında da gələn il dünya iqtisadiyyatında stabilləşmə olacağı qeyd olunur".

Bir-biri ilə bağlı bazar

A.Badamovun sözlərinə görə, tikinti materialları bazarındakı bahalaşma zəncirvari prosesdir: "Hər bir mal-materialın bahalaşması digər məhsulların da qiymətlərinə öz təsirini göstərir. Məsələn, gətirilən taxtanın qiymətinin artması tikinti bazarında da, binaların maya dəyərində də görünür. Ona görə də, tikinti bazarındakı qiymətlərə təsiri təbii hesab edirəm".

Yeni formada alınan vergi

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, tikinti bazarındakı bahalaşmanın səbəblərindən biri vergiləri ödəmə üsulunun dəyişməsidir: "Tikinti şirkətləri 2020-ci ildən vergiyə yeni forma ilə cəlb olunurlar. Artıq qara bazardan inşaat materiallarını nağd almaq sərf etmir deyə, köçürmə ilə ödəniş edirlər. 18 faiz ƏDV və digər köçürmə xərcləri ilə üzləşirlər. Bu, həm inşaat materialları satışında maya dəyərinə təsir edir, həm də qiymət fərqi yaradır".

"Qiymət artımı qaçılmazdır"

E.Azadov bildirir ki, bahalaşma gələcək illərdə də olacaq: "Qiymət artımı qaçılmazdır. Bunun bir çox səbəbləri var. Onlardan biri işğaldan azad olunmuş ərazilərdə inşaat işlərinin aparılmasıdır. Tikinti materialları istehsal edən şirkətlər görəcək ki, tələbat çoxalıb, məhsul satılır, qiymətləri qaldıracaqlar. Rəqabət olsa da, tələbat var deyə, qiymətləri bahalaşdıracaqlar".

Materiallar da bahalaşır, əmlak da

E.Azadovun sözlərinə görə, tikinti bazarındakı bahalaşma mənzil qiymətlərinə də təsirsiz ötüşməyəcək: "Bahalaşma olan yerdə tikinti şirkətlərinin satdığı mənzillərin də qiymətində artım gözlənilir. Müşahidə etsək, görərik ki, son bir ildə yeni layihələrə başlayan tikinti şirkətləri qiymətləri 15-20 faiz artırıblar. Ona görə ki, materialların maya dəyəri əvvəlkindən 15-20 faiz bahadır. Əvvəldən tikinti sektoruna investisiya yatırıb, köhnə qiymətlərlə inşaat materialları alıb vergisini ödəyən şirkətə əmlak daha ucuz başa gəlir. Ona görə də, tikinti şirkətləri ilə fərdi şəxslərin satdığı mənzillərin qiymətləri arasında 5-10 faiz fərq olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1137   Tarix: 30 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

14.08.2026 309
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 276
.

Azərbaycanda zəlzələ oldu - Yenilənib

Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır. Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir. *. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikd

14.08.2026 516
.

İmişlidə ağır qəza - Ölən var

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"

13:48 125
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 224
.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

10:16 154
.

Bakının əsas küçə və prospektləri yuyulub

Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyuc

11:41 156
.

Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. BİG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni"

10:18 183
.

NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin

10:15 161
.

TOP MP3