"Omikron"dan sonra fəsadlar qalacaqmı? - Mütəxəssis cavablandırır
"Omikron" ştammı, koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirilir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artmasına görədir.
Bu barədə rusiyalı biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bəyan edib.
"Bu amili nəzərə alsaq, "delta" ilə müqayisədə "omikron"la yoluxma zamanı xəstəliyin şiddətinin azalması cəmi 20-25 faiz təşkil edir", - deyə Baranova əlavə edib.
Onun sözlərinə görə, yeni ştamm insanın sinir və qan dövranı sistemlərinin hüceyrələrinə elə əvvəlki ştamlar kimi təsir edir, müvafiq olaraq, "omikron" ilə yoluxduqdan sonra postkovid sindromunun inkişaf riskini istisna etmək üçün heç bir səbəb yoxdur.
"COVID-19-dan sonrakı vəziyyətin bir neçə komponenti var: otoimmün, koaqulyasiya (laxtalanma), sinir sistemi, beyin funksiyası və kişi reproduksiyası ilə bağlı problemlər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Onun sözlərinə görə, postkovid sindromu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
"Bu, qadınların kişilərə nisbətən otoimmün reaksiyalara daha çox meylli olması ilə izah olunur", - deyə bioloq izah edib.
O hesab edir ki, "omikron"a yoluxduqdan sonra postkovid fəsadlarının baş verməməsi təəssüratı bu ştammın son zamanlarda ortaya çıxması ilə əlaqədardır.
"Xəstəlikdən ancaq üç ay sonra postkovid sindromu diaqnozu qoyula bilər. Bu üç ay hələ keçməyib, bu da "omikron"dan sonra postkovid sindromunun olmaması ilə bağlı insanda səhv təəssürat yaradır", - Baranova bildirib.
O, COVID-19-un nəticələrinin qarşısını almaq üçün vaxtında reabilitasiya keçməyi tövsiyə edir.
"Düşünürəm ki, COVID-19-dan dərhal sonra metabolizmi bərpa etməyə başlamaq lazımdır. O zaman COVİD-19-dan sonrakı simptomların təzahürləri daha az olacaq. Üstəlik, reabilitasiya proqramı vacibdir", - deyə Baranova vurğulayıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1359 Tarix: 30 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 674 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 664 Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas
11.10.2026 897 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 306 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 557 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 843 3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14.10.2026 870 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 808 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 660