Qətllər niyə amansızlıqla törədilir? - AÇIQLAMA

Qətllər niyə amansızlıqla törədilir? - AÇIQLAMASon zamanlar ailə daxili münaqişələrin qətllərlə nəticələnməsi hallarına tez-tez rast gəlirik. Təəssüflə qeyd etmək lazımdır ki, bu qətllərin əksəriyyəti xüsusi amansızlıqla törədilir. Bu barədə bir çox faktları misal göstərə bilərik. Məsələn, Nəsimi rayonunda zibil qutusunda bir neçə torbada doğranıb yığımış qadın meyitinin aşkar edildi. Məlum oldu ki, hadisəni törədən İdris Məhərrəmov 32 yaşlı gəlini Banu Məhərrəmovanı xüsusi amansızlıqla qətlə yetirib, meyitini hissələrə bölərək zibil qutularına atıb.

Yaxud Xaçmaz rayonu Əzizli kənd sakini öz anasını yaşadığı evdə balta ilə baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək öldürməsi faktı da xüsusi-amanlıqla törədilib.

Bu kimi hadisələrin tez-tez baş verməsi cəmiyyətimizdə haqlı olaraq böyük narahatlıq yaradır.

İdris Məhərrəmovun istintaqa verdiyi ifadədə gəlinini xüsusi amansızlıqla qətlə yetirməsinin dəhşətli məqamlarını soyuqqanlı şəkildə rahatlıqla danışması adamı dəhşətə gətirir. Onun adam olması belə şübhə doğurur. Sanki xüsusi amansızlıqla qətlə yetirdiyi insan deyil...

Mövzu ilə bağlı danışan sosioloq Lalə Mehralı bildirdi ki, baş verən hadisələrin kökündə ətrafda baş verən amillər dayanır:

"Əvvəl biz belə şeyləri, çox uzağa getmirəm, elə qardaş Türkiyə telekanallarında görüb dəhşətə gəlirdik. O xəbərlərə baxandan sonra mən bir neçə gün özümə gələ bilmirdim, bir cəmiyyət nə qədər vəhşiləşmiş ola bilər ki, belə cinayət törətsin. Orada Münevver Karabulut cinayəti vardı ki, sevgilisi parçalara ayırıb zibil qutusuna atmışdı. O bizdə necə dəhşət yaratdı. Artıq belə şeylər o qədər adiləşib ki, sıradan bir hadisə kimi yanaşırıq. Bu kimi cinayət xəbəri olmayanda adama qəribə gəlir.

Bunu insanların psixoloji vəziyyəti, qidalanma, sosial problemlərlə əlaqələndirirlər. Bəzən deyirlər ki, qidalanma burada nəyə təsir göstərir. Genetikası dəyişdirilmiş qidalar bu cür genefonda təsir göstərirlər, insan psixologiyası üzərində oyunlar qura, manipulyasiyalar edə bilirlər. Məşhur bir deyim var ki, insan nə yeyirsə odur. Yediyimiz qidaların tərkibindəki genimizə işləyən maddələrlə psixologiyamız pozulur. Biraz baxdığımız verilişlər, izlədiyimiz proqramlar, videolar təsir edir. Cinayət xəbərləri ən çox oxunan informasiyalardır. Bu işin içindəyik və görürük ki, İP ən çox belə xəbərlər də üstünlük təşkil edir. Baxış sayına görə əksər saytlar bu cür məlumatlar yerləşdirirlər. Bu cür informasiyalarla isə təbii ki, oxunma sayı yüksək olacaq. Bu cür materiallar verilən cəmiyyətdə də bu belə xəbərlər daha çox oxunacaq. Deməli insanların psixologiyası daha çox korlanacaq. Bu da bir amildir. Əvvəllər efirlərdə cinayət verilişləri var idi və orada cinayətin necə törədildiyi, nələr baş verdiyi, yəni ən incə detallarına qədər göstərilirdi. Mən ailələr tanıyırdım ki, 9-10 yaşlı övladı ilə oturub həmin cinayət verilişlərini əvvəldən axıra kimi izləyirdi. Bunu nəzərə almırdılar və bu da bir təsir vasitəsidir. Ətrafda baş verən ailə şiddətləri, zorakılıqları da daha bir təsir edən amillərdəndir. Yəni hər şey ayrı-ayrılıqda biraz təsir gücünə malikdir. Deyə bilmərik ki, bu sırf hansısa işdən qaynaqlandı, filan hadisədən törədildi. Bu, illərlə üst üstə yığılmış, psixologiyanın altında gizlənmiş və alt şüurda özünə yer eləmiş vəziyyətdir ki, qəfil meydana çıxa bilir. O insan artıq illərdir öz daxilində buna hazırlıq prosesi görüb. Bu birdən-birə baş vermir. İllərlə bunun bazası qurulur. Orda cinayət törətməyə "potensial namizəd" kimi baza yaradılır və qəfil o cür dəhşətli bir formada cinayət meydana çıxır".

Sosiloq "Bu kimi halların yaş və dövrlə əlaqəsinin varmı?" sualını cavablandırarkən bildirdi ki, bu fərdi psixoloji durumun nəticəsində baş verir:

"Gəlinini doğramış qayınata yaşlı, sovet təhsili, tərbiyyəsi görmüş insandır. Yaş burda heç bir önəm daşımır, insan psixologiyası üzərində oyunlar aparan sadaladığımız amillər ki var, bu hər yaşda təsir edə bilir. İnsan var ki, ona təsir etmir, amma eləsi də var, sanki bu vəziyyətə əvvəldən hazır imiş. Boş və zəif iradəli, içində zorakılığa, şiddətə meyilli insanlar üçün belə şeylər əlçatan olur. Deyə bilmərik ki, sıradan bütün insanlar bu cür cinayətlər törədə bilər. Yəni bunun yaşla əlaqələndirilməsinin tərəfdarı deyiləm. Gənc nəsil yaxud yaşlı nəsil fərqi yoxdur, insan zorakılığı hər yaşda törədir".

Psixoloq Elnur Rüstəmov məsələyə başqa aspektdən yanaşdı:

"Bununla bağlı son zamanlar xoşagəlməz hallarla rastlaşırıq. Məsələ burasındadır ki, bir qisim insanlar aqressiyanı, situasiyanı idarə edə bilmirlər. Bu gün biz cəmiyyətdə insanların böyük əksəriyyətinin stressə davamsız, aqressivləşməsini müşahidə edirik. Bunun bir çox səbəbləri var. Əsas səbəb kimi bunu informasiyada görürəm. Biz bu gün cəmiyyət olaraq ifrat dərəcədə aldığımız informasiyaya yüklənirik. Bu informasiyaların arasında insanın psixoloji durumuna, əhval-ruhiyyəsinə mənfi təsir göstərənlər çoxluq təşkil edir. Bu da bizim həm ailə daxili, yaxın ətrafla münasibətdə, həm də iş münasibətində özünü biruzə verir. O ki qaldı ailə daxili problemlərə, bu kimi konfliktlərin də kökündə ənənə ilə müasirliyin sanki savaşı durur.. Ailə institutunun idarə edilməsində insanların bir qismi ənənənin, digərləri isə müasirliyin tərəfdarıdır.. Bunun fonunda konfliktlər, boşanmalar baş verir. Müasirlik tərəfdarları isə daha çox qadınlardır. Bunun da səbəbi qadınların dəyişikliyə tez uyğunlaşması, daha tez adaptasiya olunmasıdır. Kişilərdə bu biraz vaxt alır. Bu cür hadisələr baş verir. Sözügedən hadisədə görünən budur ki, bir insan vəhşicəsinə qətlə yetirilib. Səbəb nə olursa olsun, bir insanı o formada qətlə yetirməzlər".

Psixoloqun sözlərinə görə, şiddətə meyilli insanlar mütləq psixoloji dəstək almalıdırlar ki, belə hadisələrin qarşısı alınsın.

"Bu gün biz cəmiyyətdə maariflənmə işini aparmalıyıq. Əgər maariflənmə işi aparılsa ,düşünürəm ki, bu cür hallar da az olacaq. Çünki maariflənmə olmadıqca biz görürür ki, zamanla bu cür hallar da cəmiyyətdə artır. Ümumiyyətlə aqressiya, şiddətə meyilli insanlar psixoloji dəstək almalıdır. Bəzən onlara psixiatrik dəstək də lazım olur. Çox təəssüflər olsun ki, yaxın ətraf, ailə bu cür hallara qarşı bəzən biganə yanaşır. Onlar fikirləşmir ki, bu adam şiddətə meyillidir və sabah bədbəxt bir hadisə baş verə bilər, kiminsə həyatına son qoya bilər. Bu gələcəkdə daha tez-tez rastlaşa bilərik"./ Redaktor.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 967   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur

Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü

17.05.2026 193
.

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliye

17.05.2026 203
.

Konqoda yeni Ebola epidemiyası yayıldı: 80 ölü

Konqonun şərqində yerləşən İturi əyalətində yeni Ebola epidemiyası nəticəsində azı 80 nəfər həyatını itirib. xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Xəstəlik ocaqları Rvampara, Monqvalu tibb zonalarında və əyalətin inzibati mərkəzi olan Buniya şəhərində qeydə alınıb. Afrik

17.05.2026 159
.

Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanı

17.05.2026 218
.

WUF13-ün birinci günü başa çatıb - FOTOLAR

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb. "Report" xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir. İlk günün zəngin proqramı çərçivəsində nazirlərin iclası, nazirlərin dəyirmi masası, eləcə də nazirlər səviyyəsində panel müzakirələri keçirilib

17.05.2026 200
.

Maaşlarla bağlı VACİB XƏBƏR - Onların maaşı belə VERİLƏCƏK

Publiklərdə işləyənlərin maaşlarının ödənilməsi üçün optimal sistem yaradılacaq. -ın məlumatına görə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün yeni və optimal sistemin yaradılması planlaşdırılır. Yeni sistemə əsasən, əməkhaqlarının dövlə

17.05.2026 277
.

Uşağa görə verilən pul ARTIRILACAQ

Üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər. -ın məlumatına görə, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən sosial müavinətin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Məqsəd azyaşlı uşaqları olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsidir

17.05.2026 293
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyy

17.05.2026 219
.

İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar

İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər. "Report"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsini

17.05.2026 217
.

TOP MP3