Bakıda şadlıq sarayında sevgilisini qızının gözü önündə bıçaqlayan şəxsə hökm oxunub

Bakıda şadlıq sarayında sevgilisini qızının gözü önündə bıçaqlayan şəxsə hökm oxunubBakıda qadını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Məmmədova hökm oxunub və o, 8 il 6 ya müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, S.Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttiham aktına əsasən, hadisə 2021-ci ilin iyul ayında paytaxt ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü S.Məmmədov tanış olduğu qadın - M.V (Ad, soy adı şərti) ilə əvvəl tanış olub, daha sonra aralarında sevgi münasibətləri yaranıb. Onlar bir neçə dəfə müxtəlif vaxtlarda həm S.Məmmədovun kirayə qaldığı mənzilində, həm də qadının yaşadığı evdə görüşüblər.

Görüşlərin birində M.V ona ailəli olduğunu və həmin vaxt həyat yoldaşının Rusiyaya getdiyini bildirib. Daha sonra S.Məmmədov qadını qısqanmağa başlayıb. M.V-nın telefonuna tanımadığı şəxslərdən gələn zənglərə görə aralarında bir neçə dəfə mübahisə düşüb.

S.Məmmədov M.V-nı qısqandığı üçün 2 dəfə döyüb. Buna görə qadın ondan polisə şikayət edib.

O, 2021-ci il iyulun 17-si saat 23 radələrində qadının işlədiyi "Kainat" şadlıq sarayına gedib. Orada zərərçəkmiş S.Məmmədovla ayrılmaq qərarına gəldiyini deyərək onunla danışmaqdan imtina edib. Buna əsəbləşən S.Məmmədov şadlıq sarayının birinci mərtəbəsində, foyedə qadının 2008-ci il təvəllüdlü qızının gözləri qarşısında üzərində olan bıçaqla M.V-nın bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq xəsarət yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisənin səhəri günü o, polis bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.

İstintaq dövründə S.Məmmədovun barəsində Cinayət Məclləsinin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, istintaq materialında S.Məmmədovun da evli olduğu qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1351   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 186
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 210
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 136
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 224
.