Elin Süleymanov: "Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır"

Elin Süleymanov: "Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır""Azərbaycandan qaz tədarükünün dərhal artırılması bütün hallarda məhdud olacaq, tədarük həcminin əhəmiyyətli dərəcədə artırılması üçün uzunmüddətli müqavilələr imzalanmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Bloomberg"ə müsahibəsində bildirib.

Səfir uzunmüddətli müqavilələrin zərurətini müvafiq enerji infrastrukturu yaradılması üçün böyük sərmayələrə və xeyli səylərə ehtiyac olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Avropaya daha çox qaz nəql etməyə hazırdır, amma yenə də regionun əsas qaz təchizatçısı olan Rusiyanı əvəz edə bilməz: "Məsələn, Türkiyədə gördüyümüz kimi hansısa kəskin ehtiyac duyulsa, biz müəyyən əlavə qaz həcmini tədarük edə bilərik", amma "Azərbaycanın qaz tədarükünün Rusiyadan tədarüklə eyni olmayacağı birmənalıdır".

Diplomat qeyd edib ki, Azərbaycan qaz hasilatını artıra, habelə tikintisi 7 il davam edərək 33 milyard ABŞ dollarına başa gələn Cənub Qaz Dəhlizini genişləndirə bilər. Həmçinin Xəzərdə əvvəllər mübahisəli olmuş qaz yatağını birgə istismar etmək nəzərdə tutulduğu Türkmənistandan da qaz nəql edilə biləcəyi diqqətə çatdırılıb.

"Biz enerji təhlükəsizliyini, infrastrukturun genişləndiriməsilə qaz tədarükünün artırılmasını sırf qısa böhran nöqteyi-nəzərindən görmürük. Çünki bu işlər qısamüddətli planlarla getməz. Burada söhbət uzunmüddətli planlı fəaliyyətdən gedir. Kiminsə gəlib "daha çox qaz ver" dəməsilə deyil", – deyə səfir fikrini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 186
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 210
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 136
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 224
.