"Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də, necə onu sevə bilərdim..?"
""Liftçi qız" filminin çəkilməsindən 55 il ötür. Bu münasibətlə filmin baş qəhrəmanları - xalq artistləri Xuraman Qasımova və Tariyel Qasımov Moderator.az-a danışıblar.
Tariyel Qasımov bildirib ki, bu onun çəkildiyi ilk film olub.
"Kinostudiyadan dəvət aldım, gəldim ora. Rejissor Rüfət Şabanov Həsən Seyidbəylinin hekayəsi əsasında "Liftçi qız" filmini çəkirdi. Xuraman Qasımova 7-ci sinifdə oxuyurdu. Bizim yoxlamadan çox adam keçdi, nəsə məni təsdiq etdilər. 15 yaşım var idi, universiteti də təzə bitirmişdim. Saçımı, qaşımı qırxıb məni cavan oğlan etdilər. Xuraman Qasımova məktəbli qız idi, amma elə bil ki, böyük bir aktrisadır. Rejissor nə deyirdi, yerinə yetirirdi, çox yaxşı oynayırdı. Filmdən sonra Xuraman xanımla çox yaxın dost olduq. Onun 50 illiyi idi, Kino evində görüş keçirirdilər. Məni də dəvət etmişdi. Dedi ki, gəl şəkil çəkdirək. Biz də yanaşı durduq, bu vaxt Rüstəm İbrahimbəyov bizə baxırdı, Xuraman dedi ki, Rüstəm müəllim, mən Tariyeli sevirdim, amma o məni sevmirdi. Rüstəm İbrahimbəyov dedi ki, Tariyel müəllim, mənim sizin zövqünüzə şübhəm var. Dedim ki, niyə? Dedi ki, belə qızı sevməmək olar? Mən də dedim ki, Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də. Hər dəfə görüşüb, xatirələri yada salırıq", - deyə xalq artisti bildirib.
Xuraman Qasımova filmlə bağlı xatirələrini bölüşüb.
"Bu günə qədər də bəzən görürsən ki, zarafatla məni "cüllüt" deyə çağırırlar. Obrazım Lalə heç zaman özünə vurğun olan qız deyildi. Mən o illərdə 13 yaşımda idim, təxminən 18 yaşında qız obrazını yaratmışdım. O yaşda təbii ki, insan sevmir və o sevgi hisslərini yaşamaq mənim üçün çox çətin idi. Bəzən mənə sual verirlər ki, dəniz səhnələrindən qorxmurdunuz? Məni dəniz qorxutmurdu, çünki mən Mərdəkan bağlarında böyüyən bir qız idim. Yay vaxtı gündə dənizdə idik. O səhnələr avqustun sonlarında çəkildi. Çəkilmiş lentləri göndərirdilər Rusiyaya. Filmi montaj edərkən gördülər ki, dəniz səhnələri "brak" çıxıb. Təsəvvür edin artıq payız ayı gəlmişdi. Noyabr ayının ortalarında rejissor evə gəldi, saatlarla valideynlərimlə söhbət etdilər və sonda qərara gəldilər ki, dəniz səhnələrini yenidən çəksinlər. Filmdə gördüyünüz səhnələr yay aylarında yox, noyabr ayında çəkilən səhnələrdir. Bu günə qədər Tariyellə dostluq edirik, o bizim çox gözəl aktyorumuzdur. Necə həyatda təbiidirsə, səhnədə də təbiidir. Hansı obrazı yaratsa, tamaşaçı ona inanır", - deyə xalq artisti bildirib./moderator.az

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2540 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSelena Qomez və anası dələduzluqla ittiham olunurlar
Müğənni Selena Qomez yaratdığı "Wondermind" şirkətinə görə məhkəməlik olub. xarici mediaya istinadən xəbər verir ki, bir qrup investor Selena Qomezi, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsonu məhkəməyə verib. İnvestorlar bildiriblər ki, "Wondermind" layihəsin
14.08.2026 247 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskl
14.08.2026 470 Tramp: "Tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"
ABŞ Prezidenti Donald Tramp Lonq Aylenddə Respublikaçı namizədləri dəstəkləyən mitinqdə çıxış edərək tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın məğlub edilməsindən sonra bu addımı atacağını deyib. O, həmçinin ABŞ-ın İra
10:24 177 İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi
"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib
14.08.2026 258 "Avroviziya"nın qaydaları dəyişdirildi
"Avroviziya" mahnı müsabiqəsinin qaydaları dəyişdirilib. xarici mediaya istinadla xəbər veri ki, yeni qaydalara əsasən, silahlı münaqişədə iştirak edən ölkə müsabiqənin qalibi olarsa, növbəti il "Avroviziya"nı öz ərazisində keçirə bilməyəcək. Yeni qaydaya görə, qalib ölkədə və y
14.08.2026 227 Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
17:00 0 Bakının əsas küçə və prospektləri yuyulub
Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyuc
11:41 176 Ağcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy
14.08.2026 296 Hörmüz boğazında böhran: Dünya iqtisadiyyatı resessiya təhlükəsi ilə üz-üzə qala bilər
"Hörmüz boğazında gərginliyin uzanması dünya iqtisadiyyatı üçün yeni enerji şoku yarada bilər. İran, ABŞ və İsrail arasında davam edən müharibənin Hörmüz boğazı ətrafında getdikcə daha da kəskinləşməsi artıq yalnız hərbi və siyasi məsələ deyil, qlobal iqtisadiyyat üçün ciddi risk faktoruna çevrilib
14.08.2026 225