Deputat tələb etdi: "Nazir töhmət alan müəllimdən üzr istəsin!"

Deputat tələb etdi: "Nazir töhmət alan müəllimdən üzr istəsin!""Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib".

BiG.AZ xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O, gündəmdə məsləyə sərt reaksiya verib:

""Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim, bilmirsiniz, niyə görməyib?

Normal dərs keçmək əvəzinə, müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib.

Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə.

Dərhal tökülüb gəlirlər ki, "uşağın ustünə çığırmısan". Hələ serifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır!

Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər!

Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır.

Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2989   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

WUF13-ün ikinci günü öz işinə başlayır

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir. Qaynarinfo xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək. Bundan başqa, Assambleyaların birgə yekun iclası, "Urban Expo Sərgisinin"

10:38 122
.

Əhalinin gəlirinin böyük hissəsinin ərzağa xərclənməsi yoxsulluq göstəricisidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətində müşahidə olunan artım ailə büdcəsinə təsiri ilə bağlı müzakirələri daha da gücləndirib. İqtisadçı Natiq Cəfərli hesab edir ki, əhalinin gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına xərcləməsi yoxsulluğun əsas göstəricilərindən sayılır. Onun sözlərin

11:43 282
.

İtaliyada şəhər mərkəzində terror həyəcanı: Corcia Meloni səfərini yarımçıq dayandırdı

Corcia Meloni Modenada sürücünün avtomobili piyadaların üzərinə sürməsi hadisəsi ilə əlaqədar Kiprə işgüzar səfərini yarımçıq dayandırıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hökumətdəki mənbələrin verdiyi məlumata görə, o, gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenay

17.05.2026 261
.

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar "su qiymətinə" satılır

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Range Rover" və "BMW 740İ" markalı avtomobillər üç dəfə satış

10:14 174
.

Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanı

17.05.2026 230
.

Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım - Video

"İqlim dəyişikliyinin təsirlərinə və hava şəraitinin şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

11:12 112
.

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir. "Report" xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşü zamanı deyib. Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildiri

17.05.2026 167
.

İran ABŞ bazalarını məhv etməklə hədələdi

İran Fars körfəzinin cənubunda yerləşən bütün ABŞ hərbi bazalarını məhv edəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Bildirilib ki, açıqlamanı İran hərbi komandanlığının Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik Ebrahim Zolfaqari verib. "Son 24 saat ərzind

11:31 93
.

Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA

Hantavirus otaq temperaturunda uzun müddət - iki həftəyə qədər aktivliyini qoruyur. xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin Tibb və Tibbi Texnologiyalar İnstitutunun həkim-infeksionisti Yuliya Yermolayeva TASS-a müsahibəsində məlumat verib. Mütəxəssisin sözlərinə görə, patogen üçü

17.05.2026 258
.

TOP MP3