Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQ
Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi 25-26 yanvar tarixlərini əhatə edən ilk iclasında növbəti dövr üçün dolların dəyərinə təsir edəcək qərarı açıqlayacaq. Günün son saatlarında FED ya faiz dərəcəsini sabit saxlayacaq, ya da artıracaq.
2021-ci ilin dekabr ayında baş tutan iclasda Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel 39 ilin ən yüksək inflyasiyasını Ştatlar üçün yüksək təhlükəli risk kimi qiymətləndirmişdi. Bu cəhətdən Federal Ehtiyat Sisteminin sərt pul rejiminə keçid etməsi və faiz dərəcəsinin artırılması labüd hesab edilmişdi.
Ötən ilin noyabr ayından etibarən FED-in sədri qiymətli kağızların alışını azaltmağa başlayacaqlarını açıqlamışdı. FED-in aktiv alışını faiz dərəcəsini artırmadan əvvəl tamamlamalı olduğu bildirilmişdi.
FED il ərzində neçə dəfə faiz artımına gedəcək?
Belə ki, 2022-ci ildə FED 3-4 dəfə faiz artımına gedəcək. İlk faiz artımının mart ayında baş verməsi gözlənilir. Buna görə də, mart ayına qədər aktiv alışın azaldılması nəzərdə tutulub. Lakin, bəzi proqnozlara görə, proses fevral ayında, hətta yanvar ayının sonunda da yekunlaşa bilər. Buna görə kiçik ehtimal da olsa, bugünkü iclasda FED-in faiz artımına getməsi istisna edilmir. İstənilən halda faiz artımına gedilməsə belə, bugünkü iclas, müzakirlərin açıqlanacaq nəticələri bazar üçün kritik və hərəkətverici olacaq. Əsas mövzu inflyasiyanın cilovlanmasını əhatə edəcək.
Faiz artımı nə ilə nəticələnə bilər?
Faiz dərəcəsinin artırıldığı dövrdən etibarən dolların dövriyyədə azaldığı və paralel olaraq dəyər qazandığı müşahidə olunur. Yəni, faiz artımı ilə bağlı qərar dolların digər valyutalar qarşısında bahalaşmasını şərtləndirəcək. Xüsusilə də, fevral və mart aylarında dolların dəyəri avro və yapon yeni qarşısında yüksəlməyə davam edə bilər.
Digər tərəfdən qərar qlobal maliyyə bazarlarında riskli aktivləri təzyiq altında qoya bilər. "Wall Street"ə görə, 2022-ci ildə FED-in pul siyasəti ilə bağlı daha sərt rejimə keçməsi səhmlərin dəyərinin azalması, daha çox dövlət istiqrazlarının gəlirlərinin artmasına təsir edə bilər.
Bu gün açıqlanacaq qərarda 2018-ci ilin sonundan bəri ilk dəfə FED faiz artımına gedə, ya da ən yaxşı halda mart ayını gözləyəcək.
FED faiz dərəcəsini nə qədər artıra bilər?
Ehtimal olunur ki, FED 2022-ci ilin sentyabr ayına qədər faiz dəhlizinin aşağı həddini 0,3 faizə qədər, sentyabr ayından sonra 0,9 faizə qədər artıra bilər. Lakin, yüksək faiz dərəcəsi də istisna edilmir. "CME FedWatch Tool"un proqnozlarına görə isə, ilin sonuna qədər faiz dəhlizi 1-1,25 faiz səviyyəsində olacaq.
Həmçinin 2023-cü ildə daha üç və ondan sonrakı ildə daha iki faiz artımı qərarı gözlənilir.
Qeyd edək ki, 2022-ci il ərzində FED-in 8 iclası baş tutacaq. 25-26 yanvar tarixlərini əhatə edən iclasdan sonra aşağıdakı tarixlərdə iclasların həyata keçirilməsi nəzərdə tutulur:
15-16 mart 2022-ci il;
3-4 may 2022-ci il;
14-15 iyun 2022-ci il;
26-27 iyul 2022-ci il;
20-21 sentyabr 2022-ci il;
1-2 noyabr 2022-ci il;
13-14 dekabr 2022-ci il.
Xatırladaq ki, FED 2021-ci ilin dekabr ayındakı sonuncu iclasında faiz dəhlizini növbəti dəfə 0-0,25 faiz aralığında saxlayıb. \Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1664 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 222 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 215 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 0 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200