Azərbaycanda ata uşağını qaçırtdı: Dövlət qurumundan AÇIQLAMA
Salyan rayonun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı uşaq 22 yanvar 2022-cil il tarixdə bioloji atası tərəfindən dərsdən çıxarkən zor tətbiq edilərək əmisinin evinə aparılıb. Nənə mənə müraciət edərək uşağın qaçırıldığını bildirib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib.
O qeyd edib ki, uşağın nənəsi Daxili İşlər Nazirliyinin "102 xidməti"nə də zəng vurduğunu deyib:
"102 xidməti" qadının müraciətini qeydə alıb. Mən nənəyə Salyan İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasına müraciət etməsini tövsiyə etdim. Salyan İcra Hakimiyyəti yanında fəaliyyət göstərən aidiyyəti komissiya dərhal məsələyə reaksiya verib və əməkdaşlar uşağın yanına gedib.
Məlum olub ki, 5 il öncə ailə münaqişəsi nəticəsində azyaşlının anası intihar edib. Müəmmalı da olsa bu qətl kimi deyil, intihar kimi qiymətləndirilib. Uşaq israrla atasının öldürdüyünü desə də intihar hadisəsidir".
K.Ağazadə onu da qeyd edib ki, bu faciədən sonra azyaşlı nənə və xalalarının yanında yaşayıb:
"Ata isə məhkəmə qərarı ilə uşağın onunla birgə yaşaması qətnaməsini alıb. Əlbəttə, o zaman 7 yaşlı bir uşağın fikri məhkəmədə keçərli deyildi, amma baş verən hadisəyə də belə qərarın verilməsi nə dərəcədə doğru olduğunu artıq aidiyyəti komissiya deyə bilər. Ata "mənə imkan verməyiblər görüşməyə" deyir. Anladım, ola bilər. Amma 5 ildə heç görmək mümkün olmayıb?!
Çox güman ki, uşağın nənəsigildə də ünsiyyət arzuolunmaz olub, amma bəs uşaq? Uşağı düşündünüzmü?! Uşaq dördüncü gündür ki, atanın yanındadır və ancaq atanı gördükdə çığırır və əsir. Ata uşağı məktəbə buraxmır. Deyir ki, uşağa evdə təhsil verəcək. Belə uşağı özünüzə sevdirəcəksiniz? Ata komissiyanın nümayəndələrinə də bildirir ki, həbs də etsəniz məni uşağı verməyəcəm. Bir az öncə verilişlərin birində bu məsələ müzakirəyə çıxarılıb. Mən də canlı bağlantıya qoşuldum, münasibətimi bildirdim. Amma bu mövzuları ictimailəşdirməyi vadar edən səbəblər bu məsələdə məsuliyyət daşıyan qurumlardır. Mən düşünürəm ki, uşaq hər iki tərəfdən qısa müddətli də olsa uzaqlaşdırılmalıdır. Lütfən uşağa yardım edin, uşaqların müdafiəsinə qalxın. Lütfən uşaqları ailələrin düşmənçiliyinə, qərəzinə qurban verməyin. Onlar da Azərbaycan vətəndaşıdır, vətəndaşımızı qoruyaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 222 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 215 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
10.11.2026 188 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 0 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200