Müğənniyə ev, maşın alan məmur həbs oluna bilər

Müğənniyə ev, maşın alan məmur həbs oluna bilərİfaçı Kəmalə Qaramollayeva ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. İfaçı həmin vəzifəli şəxsin ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Sitat: "Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı".

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müzakirə edilən mövzulardan birinə çevrilib. Vəzifəli şəxsin kimliyi ilə bağlı ən müxtəlif fikirlər qeyd olunub. Ən diqqətçəkən məqam isə vəzifəli şəxsin bir ifaçıya ev və maşın bağışlayacaq qədər vəsaiti hansı mənbədən əldə etməsi ilə bağlı olub. İstifadəçilər ifaçını ev və maşın bağışlamaqla xoşbəxt edən vəzifəli şəxsin korrupsiyaya qurşanmış biri olması ehtimallarını bölüşürlər.

Azərbaycanda vəzifəli şəxslərin minimum əmək haqqı 624 manat, maksimum isə 3084 manatdır. Bəs kimdir, hansı vəzifəli şəxsdir ifaçı Qaramollayevanı bahalı hədiyyələrlə sevindirən? Vəzifəli şəxsin əməli korrupsiya predmetinə görə araşdırılmalıdırmı?

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, hər bir kəs sərəncamında olan şəxsi vəsaitindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir: "Məsələn, Kəmalə Qaramollayeva desəydi ki, filan iş adamı mənə ev və maşın bağışlayıb, məsələnin hüquqi baxımdan hər hansı bir araşdırma mövzusuna çevrilməsi doğru olmazdı. Çünki iş adamı pulu öz biznesindən qazanır. Özü istədiyi kimi də xərcləyə bilir. Yəni ona kimsə niyə pulunu aparıb filankəsə verdin, hədiyyə etdin iradını bildirə bilməz. Kəmalə Qaramollayeva isə deyir ki, ona evi və maşını vəzifəli şəxs bağışlayıb. Həmin vəzifəli şəxsin kimliyi araşdırılmalı, onun bir müğənniyə ev və maşınını hansı mənbədən əldə etdiyi vəsaitlə bağışladığı aydınlaşdırılmalıdır. Əgər həmin vəsaitin mənbəyi dövlət büdcəsi olubsa, o, istintaqa cəlb edilməli, Qaramollayevanın sərəncamında olan maşın və evin üzərinə həbs qoyulmalıdır. Bundan sonra iş məhkəməyə göndərilib müvafiq hökmlə ev və maşın geri alınmalı, dövlətə vurulan ziyan da ödənməlidir".

Hüquqşünas deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil və bu, antikorrupsiya tədbirlərinin effektivliyini minimallaşdıran əsas amildir: "Büdcə pullarına ictimai nəzarət güclənməlidir ki, vəzifəli şəxslər büdcə pulları ilə öz şəxsi vəsaitlərini qarışdırıb dağıtmasınlar. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər. 1000 manat məvacib alıb az qala yarısını kommunal xərclərə verən vəzifəli şəxs əlbəttə ki, bunu etmək istəməyəcək. O, büdcə puluna əli çatan vəzifəli şəxsin əlinə baxan olacaq. Bu gün büdcə təşkilatlarında korrupsiya cinayəti adi haldır. İri məmurların həbsləri ilə vəziyyət dəyişməyəcək. Nə qədər büdcə vəsaitlərinin xərclənməsində örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirləri də istənilən nəticəni verməyəcək".

Hüquqşünas deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: "Qaramollayevanın vəzifəli şəxs dediyini istintaqa cəlb etsələr belə, onun vəsaitinin mənşəyini rəsmi qaydada təqdim etməsi tələb edilə bilməz. Qanun yol vermir. Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə - həm yoxlayıcıya, həm də yoxlanan quruma - 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Belə pullar gec-tez harınlıq yaradır, qanunların işləməsini əngəlləyir və dövlətin əsaslarının sarsıdılmasına gətirib çıxarır. Müğənniyə kimsənin ev və maşın bağışlamasında qəbahət yoxdur. Amma həmin kimsənin vəzifəli şəxs olması məsələnin mahiyyətini dəyişir, Azərbaycan reallığını, vəzifəlilərin büdcədən çırpışdırdıqları vəsaitlərin hansı istiqamətlərə xərcləmələrini ortaya qoyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6904   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.