Azərbaycanda qonaqlığa gedən ailə dəhşət yaşadı – Ər öldü, arvadı və övladları isə...

Azərbaycanda qonaqlığa gedən ailə dəhşət yaşadı – Ər öldü, arvadı və övladları isə...Bir neçə ay əvvəl Hacıqabul rayonunda qadın sürücünün törətdiyi ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hacıqabul rayon Məhkəməsində Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Natiqə Abbasova barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin istintaqı zamanı hadisənin təfərrüatları üzə çıxıb.

Hadisəni törədən sürücü 30 iyul 2021-ci il tarixində özünə məxsus olan "Hyundai Santa Fe" markalı avtomobillə Şirvandan Hacıqabula gəldiyini, İ.Qayıbov küçəsində svetaforun qırmızı işığında dayanmaq istəyərkən yanlışlıqla qaza basdığını və qırmızıda keçərək öz yolu ilə hərəkət edən 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeynədin oğlunun sürdüyü "VAZ 2106"nı vurduğunu etiraf edib. O, bildirib ki, epilepsiyası var və hadisə vaxtı qıcolması tutub, buna görə də maşını saxlamaq əvəzinə gəldiyi sürətlə yaşıldan keçən digər avtomobili vurub. Nəticədə Elşən Qocayev hadisə yerində ölüb, onun həyat yoldaşı və 3 övladı isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qəzanı törədən Natiqə Abbasova isə nisbətən yüngül xəsarətlərlə canını qurtara bilib. Hadisə vaxtı N.Abbasovanın yanında olan sərnişin isə maşından düşərək xəsarət almış qadın sürücünü yerə düşürdüb və hadisə yerindən uzaqlaşıb.

Məhkəmədə N.Abbasova törətdiyi hadisəyə görə çox peşman olduğunu, vəfat edən şəxsin ailəsinə vermək üçün 19 min manat pul topladığını, lakin qarşı tərəfin həmin məbləğlə razılaşmayaraq 160 min manat tələb etdiyini bildirib.

Məhkəmədə çıxış edən vəfat edən sürücünün xanımı olayı belə təsvir edib: 30 iyul 2021-ci il tarixdə ərim Elşən, uşaqlarım Əhməd, Rüqayyə və qaynım Qabilin oğlu Nemətlə Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan anamın evinə qonaq getmək istəyirdik. Elşənin idarə etdiyi "Vaz-2106" markalı avtomobilin qabaq sağ tərəfində mən, arxa oturacaqda isə uşaqlar əyləşib saat 14:45 radələrində yola düşdük. Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxan yolda olan işıqforun yaşıl işığında Elşən idarə etdiyi avtomobili hərəkət etdirməyə başladı, Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxandan sonra Şirvan şəhər istiqamətindən gələn qara rəngli "Hyundai Santafe" markalı avtomobil gəldiyi sürətlə də bizim avtomobilin sol orta hissəsindən vurdu, avtomobil aldığı zərbədən bir neçə metr yan üstə gedib yolun hərəkət hissəsində dayandı. Toqquşma nəticəsində Elşən, mən və uşaqlar xəsarət aldığımız üçün Şirvan şəhər mərkəzi xəstəxanasına aparıldıq. Bir neçə gün sonra özümə gəldikdə Elşənin öldüyünü və uşaqların xəsarət aldıqlarını bildim. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mənə və azyaşlı uşaqlarıma 160.000 manat maddi ziyan dəyib. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşım Elşən öldüyü, mən və azyaşlı uşaqlar xəsarət aldıqları üçün maddi ziyanın əvəzi kimi təqsirləndirilən şəxsdən 160.000 manat pul tələb edirəm. Mülki iddiamda 10.000 manat qəbir daşının düzəldilməsinə, 60.000 manat müalicəmə, 50.000 manat uşaqların müalicəsinə, 20.000 manat Əhmədə dəymiş zərər, 20.000 manat Rüqayyəyə dəymiş zərər kimi hesablanım. Sığorta şirkəti ərimin ölümünə görə 5.000 manat, zərərçəkmiş şəxslər kimi mənə və uşaqların hər birinə isə 1.500 manat olmaqla, cəmi 11.000 manat sığorta ödənişi verəcək. Təqsirləndirilən şəxsin təklif etdiyi 19.000 manat pulu qəbul etmirəm və onunla barışmaq, onu bağışlamaq niyyətim yoxdur".

Məhkəmə dhşətli qəzanı törədən Natiqə Abbasovanın hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisə zamanı özünün də xəsarət almasını, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyə və onlarla barışmağa cəhd etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını, himayəsində 05.02.2009-cu il təvəllüdlü bir azyaşlı uşağının olmasını və uşağını təkbaşına böyüdən qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Təqsirləndirilən şəxs 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə həmçinin 160 min manatlıq iddianı baxılmamış saxlayıb.

///Publika.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1709   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 200
.