Taksi sürücüləri üçün VACİB XƏBƏR - Yeniliklər var
Taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BiG.AZ-a bildirilib.
Məlumata görə, Agentliyin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.
Qeyd edək ki, indiyə qədər BNA-nın səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib.
Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub.
Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.
Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, BNA konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.
Konsepsiyanın əhəmiyyətini qeyd edən görüş iştirakçıları bu görüşün taksi xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin koordinasiyası baxımından önəmini də vurğulayıb. Görüşdə konsepsiya ilə bağlı müxtəlif rəy və təkliflər irəli sürülüb.
Bildirilib ki, səslənən fikirlər konsepsiyanın daha da təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1380 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların
10:16 182 "Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14.08.2026 251 "Avroviziya"nın qaydaları dəyişdirildi
"Avroviziya" mahnı müsabiqəsinin qaydaları dəyişdirilib. xarici mediaya istinadla xəbər veri ki, yeni qaydalara əsasən, silahlı münaqişədə iştirak edən ölkə müsabiqənin qalibi olarsa, növbəti il "Avroviziya"nı öz ərazisində keçirə bilməyəcək. Yeni qaydaya görə, qalib ölkədə və y
14.08.2026 229 Ağdamda da yanğın başladı - Video
Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya
14.08.2026 262 Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
16:20 112 İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb
"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya məsələsinin gündəmə gəlməsindən sonra İranda bəzi dairələr hərəkətə keçib. Həmin dairələr sənədin ratifikasiya olunmasının ölkənin maraqları əleyhinə olması barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Maraqlıdır ki, onlar
14.08.2026 231 NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin
10:15 193 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
17:30 87 Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 227