Yoluxmanın artması ilə bağlı əhaliyə çağırış
Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılıb. Karantin müddətinə edilmiş dəyişiklikdən irəli gələrək sağalanların sayı bugünki tarixə 5197 nəfərə çatıb.
BiG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
Bildirilib ki, bu günə olan məlumata əsasən yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11525 test icra olunub.
Nəticədə koronavirusa yeni 2468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir.
Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.
Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici ("buster") doza ilə peyvəndləməyə çağırırıq.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1570 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşJaparov: Bişkek və Ankara TDT-də cinayətkarlığa qarşı mübarizə şurası təşəbbüsünü irəli sürüb
Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüslə çıxış edib. "Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitind
17.05.2026 188 Vens: Xarici terrorçular ABŞ büdcəsindən vəsait əldə etmiş ola bilərlər
Xarici terror qrupları ABŞ büdcəsindən saxta sxemlər vasitəsilə vəsait əldə etmiş ola bilərlər. "Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, xarici qurumların və terror təşkilatlarını
17.05.2026 215 Kobaxidze Bakıdadır - Foto
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslə
11:27 119 "Maşın" şou yenidən başlayır - Foto
Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl
10:23 245 İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar
İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər. "Report"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsini
17.05.2026 248 Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü
17.05.2026 222 İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra
11:26 126 Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ali qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görü
17.05.2026 227 İtaliyada şəhər mərkəzində terror həyəcanı: Corcia Meloni səfərini yarımçıq dayandırdı
Corcia Meloni Modenada sürücünün avtomobili piyadaların üzərinə sürməsi hadisəsi ilə əlaqədar Kiprə işgüzar səfərini yarımçıq dayandırıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hökumətdəki mənbələrin verdiyi məlumata görə, o, gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenay
17.05.2026 268