Şöbədə arvadını güllələyən polisdən XƏBƏR VAR
Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan qardaşı bu işin prokurorluğa qaytarılmasını istəyib. O, məhkəməyə ərizə təqdim edib.
Hüquqi varis vəsatətində təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini tələb edib.
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı məsələnin məhkəmə araşdırılmasının gedişində zamanı aydınlaşdırılmalı olduğunu deyib. Prokuror qeyd edib ki, zərurət yaranarsa, məhkəmə prosesinin gedişində iş istintaqa qaytarıla bilər.
Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov isə bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. Həmin qərara əsasən, qətl qisas məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilibsə, bu halda, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz.
Məhkəmə işin prokurorluğa qaytarılmasına ehtiyac olmadığını elan edərək, zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.
Cinayət işi üzrə məhkəmə baxışı fevralın 8-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2357 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Netanyahunu öldürdü?
Yaxın Şərq regionunda münaqişələrin şiddətləndiyi bir vaxtda mətbuatda İsrailin Baş naziri Benyamin Netanyahunun həlak olması və ya xəsarət alması ilə bağlı iddialar yayılıb. xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyi tərəfindən müxtəlif şayiələr dövriyyəyə buraxılsa da, "The Jerusale
10.03.2026 452 Sürücüsüz avtomobillər Azərbaycana gəlir - insan faktoru azalacaq
"Sürücüsüz avtomobillərin Azərbaycana gətirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, bu texnologiyada insan faktoru minimuma endirilir və nəticədə yollarda qəzaların sayı azalır". Bunu BİG.AZ-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. O, qeyd edib ki, hazırda Azərbaycand
10.03.2026 302 Poçettino "Real"da Arbeloanı əvəz edə bilər
Argentinalı Maurisio Poçettino "Real"ın baş məşqçisi vəzifəsində Alvaro Arbeloanı əvəz edəcək namizədlər arasında yer alıb. -ın xarici mediaya istinadən məlumatına görə, qeyd olunur ki, 54 yaşlı Poçettinonu "Real"ın prezidenti Florentino Peres yüksək qiymətləndirir. Poçettino hazırd
10.03.2026 179 Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır"
10.03.2026 296 İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb. Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatların
10.03.2026 366 "Kontakt Home" vətəndaşa 3300 manat ziyan vurdu - Xarab noutbuk, işləməyən servis… - VİDEO
"Kontakt Home" mağazalar şəbəkəsindən 3300 manat dəyərində alınan noutbuk iki gündən sonra xarab olub, mağaza isə geri qaytarmaqdan imtina edir. xəbər verir ki, bu şikayətlə Qəbələ sakini İbrahim Əhmədov -a müraciət edib. İ.Əhmədov deyir ki, yanvarın 12-də valideyni öz adına Qəbələ filialında
10.03.2026 211 Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?
Kensington kilidi portunu ən çox biznes noutbuklarında və ofis texnikasında görmək olar. Bir çox noutbukun yan panelinə diqqətlə baxdıqda kiçik bir düzbucaqlı açıq yer görmək mümkündür. Bu, USB və ya HDMI olaraq işarələnməyib, buna görə də çox vaxt suallar doğurur. xarici mediaya istinadən xəbər veri
10.03.2026 221 Elçin Hüseynov iftar süfrəsi təşkil etdi
Ötən gün müğənni Elçin Hüseynov rəhbəri olduğu "Halikarnas By Niel" Məkanında iftar süfrəsi təşkil edib. Ramazan ayının mənəvi ab-havasında baş tutan tədbir eyni zamanda məkanın yeni adı ilə fəaliyyətinin təqdimatı olub. İftar süfrəsinə sənət aləminin tanınmış simaları, ictimaiyyət nümayəndələr
10.03.2026 387 Elxan Qaraxanoğlu "Manset.az"ı məhkəməyə verdi - İddiası rədd edildi
xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsind
10.03.2026 233