Toylarda 150 nəfərlik limit artırılacaq?
Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər.
BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə bazar iştirakçıları məlumat verib.
Belə ki, toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar.
Trend məsələni araşdırmaq üçün aidiyyatı qurumlarla əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, bu barədə bir məlumat yoxdur.
Digər aidiyyatı qurumlardan isə hələki sorğularımıza cavab verilməyib.
Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir. Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.
Karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkaralanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görülür.
Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq. COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1435 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəşəriyyət yeni ev axtarır: Mütləq izlənilməli 10 fantastik film
Yer kürəsinin dağılması təhlükəsi, yaşamaq üçün yeni planet axtarışı, nəhəng kosmik gəmilərlə uzunmüddətli səfərlər və sivilizasiyadan uzaqda yeni insan nəslinin yaradılması kimi mövzular fantastika janrının ən maraqlı istiqamətlərindən birinə çevrilib. bəşəriyyətin kosmosda yeni ev axtarışından bəh
14.08.2026 267 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 304 Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 227 "Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
İspaniya hökuməti Seutaya kütləvi miqrant axınından bir neçə həftə əvvəl dəniz yolu ilə gələnlərin sayının kəskin artmasının mümkünlüyü barədə xəbərdar edilsə də, lazımi tədbirlər görməyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sərhəd xidmətinin əməkdaşları v
18:40 0 Arvadıını kobra vasitəsilə öldürən kişi ömürlük azadlıqdan məhrum edildi
Hindistanda bank işçisi Surac Kumarı həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə qətlə yetirib. xarici mediaya istinadən xəbər verir ki, istintaq Surac Kumarın həyat yoldaşının cehizinə və sığorta ödənişinə çıxış əldə etmək üçün cinayəti əvvəlcədən planlaşdırdığı qənaətinə gəlib. Utranın əlilliyi va
14.08.2026 341 Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların
10:16 182 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
18:50 0 İsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu
İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları
18:20 0 ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?
Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər
14.08.2026 320