Adını "Buta" kimi dəyişən KVN komandasını hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandası erməni əsilli rəhbərlərin təkidi ilə adını "Buta" olaraq dəyişib. İkinci turda istirak etmək üçün bu addımı atdıqlarını deyən komanda rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov qeyd edib ki, hazırda komandanın adı ‘‘Şuşa’’dır. Bəs ölkəmizi təmsil edən komandanı adını dəyişdiyinə görə hər hansı bir cəza gözləyirmi?
Məsələ ilə bağlı deputat Razi Nurullayev Sonxeber.az-a öz münasibətini bildirib.
O vurğulayıb ki, torpaq, ləyaqət, müstəqillik əmlakla, pulla ölçülmür:
"Bəzən insan milyardından, adından-sanından imtina edir ki, ləyaqətini və şərəfini qorusun. Şuşa da, Qarabağ da bizim üçün ləyaqət, şərəf, namus məsələsidir. İstənilən halda, bir tədbirdə iştirak etmək üçün komandanın adının dəyişdirilməsi, məhz "Şuşa" adından imtina edilməsi qəbuledilməzdir. Əgər adın dəyişdirilməməsi iştirakı əngəlləyəcəkdisə, buna da getmək lazım idi. Amma "Şuşa" adından imtina etmək yox! Onların öz adını dəyişdirməsinə görə qanunda hər hansı bir cəza nəzərdə tutulmur. Onlar üçün ən böyük cəza ictimai qınaqdır".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2768 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə məlumat verib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqra
17.05.2026 217 İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra
11:26 141 İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar
İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər. "Report"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsini
17.05.2026 252 Trampdan gözlənilməz addım: Çin şirkətlərinə qarşı sanksiyalar ləğv olunur
Donald Tramp bəzi Çin müəssisələrinə tətbiq olunan sanksiyaların aradan qaldırılmasına razılıq verib. xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp İrandan neft idxal edən Çin şirkətlərinə qarşı tətbiq olunan məhdudiyyətlərin yaxın vaxtlarda ləğv ediləcəyini bəya
17.05.2026 239 Əhalinin gəlirinin böyük hissəsinin ərzağa xərclənməsi yoxsulluq göstəricisidir? - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətində müşahidə olunan artım ailə büdcəsinə təsiri ilə bağlı müzakirələri daha da gücləndirib. İqtisadçı Natiq Cəfərli hesab edir ki, əhalinin gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına xərcləməsi yoxsulluğun əsas göstəricilərindən sayılır. Onun sözlərin
11:43 352 WUF13-ün ikinci günü öz işinə başlayır
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir. Qaynarinfo xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək. Bundan başqa, Assambleyaların birgə yekun iclası, "Urban Expo Sərgisinin"
10:38 145 Bu məktəblərdə dərslər onlayn keçirilir
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərind
12:04 151 Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslə
17.05.2026 190 "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda infarkt keçirən Mehmet Kepirə müdaxilə zamanı təcili yardım maşınının açarı itdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində qəfildən halı pisləşərək yerə yıxılan Mehmet Kepir üçün ailəsi "112 Təcil
17.05.2026 354