Məhəmməd Babanlı: "Hidrogen enerjisinə dair yeni elmi proqram hazırlanır"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutu hidrogen enerjisinə dair elmi proqram üzərində işləyir.
"Report" xəbər verir ki, bunu İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı deyib.
Onun sözlərinə görə, institut həmçinin bu sahədəki metodların təkmilləşdirilməsi ilə də məşğuldur: "Son dövrdə qarşıya qoyduğumuz əsas məsələlərdən biri də hidrogen energetikası problemlərinin həllinə öz töhfələrimizi verməkdir. Hazırda bununla bağlı İnstitutumuzda yeni elmi proqram işlənib hazırlanmaqdadır. Burada hidrogenin alınması və saxlanılması-akkumulyasiyası metodlarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılması nəzərdə tutulur.
Digər bir mühüm istiqamət katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, sənaye əhəmiyyətli müxtəlif proseslər üçün yeni effektiv katalitik sistemlərin yaradılması və tətbiqidir. İnstitumuzun Avropanın bir sıra elmi mərkəzləri ilə birgə layihəsi Horizon-2020 beynəlxalq proqramı üzrə müsabiqənin qalibi olub və alimlərimiz bu istiqamətdə geniş tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticələri həm elmi, həm də böyüktətbiqi əhəmiyyət kəsb edir, və onların Sumqayıt Etilen-Polietilen Zavodunda tətbiq olunacağı gözlənilir.
Başqa bir istiqamət – kimya texnologiyası və kimya proseslərinin modelləşdirilməsi üzrə də institutumuzda əhəmiyyətli nəticələrə imza atılıb.İnstitumuzda aparılan fundamental tədqiqatlarla yanaşı, bəzi tətbiqi işləri də qeyd etmək istəyirəm. Ölkəmizdə olan çoxsaylı hidrotexniki qurğuların korroziya vəziyyətinin monitorinqi və onların korroziyadan mühafizəsi sahəsində ciddi işlər görmüşük. Bu işlərin respublikamız üçün böyük önəmini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamı ilə institumuza bu istiqamətdə tədqiqatları genişləndirmək üçün 500 min manat xüsusi vəsait ayrılıb. Bu sahədə ölkəmizin bütün regionlarında monitorinq və tədqiqatlar aparılmaqdadır, həmin tədqiqatlarınişğaldan azad olunmuş ərazilərimizdə də aparılması nəzərdə tutulur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 927 Tarix: 23 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 227 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
14:59 164 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
17:30 87 İsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu
İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları
18:20 0 Haaland rekordlar kitabına düşdü
Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd
14.08.2026 252 Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14.08.2026 319 "Amay"da qətlə yetirilən iş adamının FOTOLARI
İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib. BİG.AZ -a istinadən xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov hadisəni törətməkdə təqsirləndirilə
15:44 217 İmişlidə ağır qəza - Ölən var
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"
13:48 185 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
14.08.2026 286