Güzəşt bitdi, keyfiyyət yüksələcək? – ARAŞDIRMA

Güzəşt bitdi, keyfiyyət yüksələcək? – ARAŞDIRMAÖlkəmizdə 1 yanvar 2021-ci il tarixindən "Tibbi sığorta haqqında" Qanuna əsasən, icbari tibbi sığorta haqları toplanılır. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Belə ki, 2021-ci il ərzində əməkhaqqının 8000 manata qədər olan hissəsindən bir, yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulurdu. Həmin müddət artıq bitib. 2022-ci ildən etibarən isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərə tətbiq olunmuş güzəşt müddəti bitdiyindən, aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən iki faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Yəni icbari sığorta üçün etdiyimiz aylıq ödənişlərin məbləği artıb. Bəs aldığımız xidmətin keyfiyyəti necə, artacaqmı?

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentindən bildirildi ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısına 2021-ci ildə 2550 sayda tibbi xidmət daxil idi: "Sığortaolunan tibbi göstərişi olan hallarda xidmətlər zərfindəki xidmətlərdən ödənişsiz istifadə edə bilər. 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib".

Agentliyin məlumatına görə, xidmətlər zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayı və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin İcbari Tibbi Sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur: "Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər daxildir".

Deputat Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığorta tətbiq edildiyi vaxt bir sıra çətinliklər olduğu üçün əhaliyə güzəşt edilmişdi: "İlk vaxtlar qanunvericiliyə icbari tibbi sığorta haqqının bir faiz olması haqqında müddəa əlavə olunmuşdu. Həm pandemiya dövrü, həm də ilkin tətbiq zamanı bəzi problemlərin olması nəzərə alınırdı. Ona görə də, bir il müddətinə iki faizli tutulmalar təxirə salınmışdı. Yanvarın 1-dən bu prosesin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək".

M.Məmmədli bildirir ki, əməkhaqqından tutulmalar İcbari Tibbi Sığorta sisteminin və fondunun formalaşması üçün tutulur: "Fəaliyyət göstərən şəxsdən, həmçinin özəl və ya dövlət sektorunda həmin şəxslə müqavilə bağlamış hüquqi şəxslərdən iki faiz həcmində icbari tibbi sığorta haqqı tutulur. Bu tutulmalar xidmət haqqı şəklində yox, İcbari Tibbi Sığorta sisteminin formalaşması üçün nəzərdə tutulub. Bunun nəticəsində İcbari Tibbi Sığorta fondu formalaşdırılır".

M.Məmmədlinin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı formalaşan büdcə hesabına müəyyən işlərin görülməsi nəzərdə tutulub: "Büdcə haqqında qanun qəbul olunduqda nəzərdə tutulmuşdu ki, növbəti ildən icbari tibbi sığorta büdcəsi 1 milyard 700 milyon manat həcmində olacaq. Bu vəsaitin formalaşması həm səhiyyəyə ayırmalar, həm fonda yığılmalar və digər vəsaitlər hesabına nəzərdə tutulmuşdu. Bu artım hesabına xəstəxanaların modernizasiyası, gələcəkdə zərfə yeni xidmətlərin əlavə olunması, xidmət keyfiyyətinin yüksəldilməsi, xəstə məmnuniyyətinin təmin edilməsi nəzərdə tutulub".

M.Məmmədli deyir ki, gələcək illərdə bu sistem daha da təkmilləşəcək və insanları məmnun etməyən bütün səbəblər aradan qaldırılacaq: "Təbii ki, çatışmazlıqlar, əhalini məmnun etməyən səbəblər də var. Ancaq unutmayaq ki, icbari tibbi sığorta yeni tətbiq olunmuş prosesdir və 2020-ci ilin aprelindən artıq bütün ölkəni əhatə etməyə başlayıb. Növbəti ildən həm tibb müəssisələrinin işçilərinin, həm İcbari Tibbi Sığorta Agentliyinin, digər idarəedici strukturların birgə işləməsi hesabına vətəndaş məmnuniyyətini mərhələlərlə yüksəldəcəyik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1257   Tarix: 23 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 336
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 262
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 484
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 694
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 295
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 701
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 647
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 313
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 318
.