DİN rəsmisindən gənclərə çağırış: "Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər"

DİN rəsmisindən gənclərə çağırış: "Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər""Bizə tez-tez müraciətlər daxil olur ki, həyat yoldaşım, övladım və ya yaxınım narkotik vasitə istifadəçisidir. Biz onlarla profilaktik söhbət edirik. Lakin, onların üzərindən aşkarlanan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda o şəxslər istintaqa cəlb edilir."

Oxu.Az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan "Gəncsən" verilişində çıxışı zamanı deyib.

Polis mayoru bildirib ki, biz narkotik vasitə istifadəçiləri ilə profilaktik söhbət aparan zaman narkotik maddələri haradan əldə etdiyini dəqiqləşdirməyə çalışırıq:

"Bu istiqamətdə həyata keçirilən tədbirlər də məhz narkomaniya ilə mübarizəyə xidmət edir. Narkotik vasitələrin satışını həyata keçirən şəxsləri müəyyən edərək istintaqa cəlb edirik. Elə olur ki, narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilir. Çünki onların üzərində olan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda bu məsuliyyət yaradır.

Bu insanlar istintaq təcridxanalarına göndərilirlər və bir müddət orada qaldıqdan sonra qayıdırlar. Məhkəmə prosesinə qədər olan 2-3 ay müddətində narkotik maddə istifadəçisinin vəziyyətinin müsbətə doğru dəyişdiyini ilk baxışdan belə görmək mümkün olur. Təbii ki, bu onu göstərir ki, onların narkotik maddələrdən asılılığı nisbətən də olsa azalır. Həmin insan məsuliyyətə cəlb edilib, cəzasını çəkir. Təəssüf olsun ki, azadlığa çıxdıqdan sonra yenidən narkotik maddə istifadəsinə qayıda bilir. Bizi məyus edən odur ki, cəzasını çəkdikdən sonra cəmiyyətə daha faydalı fərd olanlarla müqayisədə yenidən bu yola qayıdanlar nisbətən daha çoxdur. Bizim əsas iş prinsipimiz, maarifləndirici tədbirlərimiz sosial şəbəkə üzərindən gənc nəslə yönəlib. Onları narkomaniyadan uzaq durmağa, maksimum diqqətli olmağa çağırırıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bakı öz tarixi simasını qoruyub saxlayır" - Prezident

"2022-ci ildən etibarən biz üç Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə - red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

14:26 126
.

Avropa Rusiyayla danışacaq şəxsi tapa bilmir

Avropa ölkələri Rusiya ilə danışıqlar aparacaq potensial nümayəndə namizədlərini müzakirə etməyə davam edir. Lakin əsas problem Avropa Birliyi (AB) üzv ölkələrinin vahid namizəd üzərində razılığa gələ bilməməsidir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Müzakirə olunan şəxslə

11:19 157
.

Hesabatların gecikdirilməsinə görə 10 000 manatadək sanksiya

"Vergilər Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı öhdəliklərin pozulmasına görə müxtəlif maliyyə sanksiyaları nəzərdə tutulur. Qanunvericilik vergi hesabatının və ya tələb olunan məlumatların təqdim edilməməsi, yaxud müəyyən edilmiş müddətlərdə gecikdirilməsin

14:39 140
.

Axios xəbər verir ki, Tramp hərbi seçimlər üzrə yüksək səviyyəli milli təhlükəsizlik qrupu ilə görüşəcək

Axios-un verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı hərbi əməliyyat variantlarını müzakirə etmək üçün milli təhlükəsizlik üzrə yüksək vəzifəli komandası ilə görüşməsi gözlənilir. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, bu görüşdən sonra İrana hücum edilib edilməyəcəyi il

11:22 157
.

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar "su qiymətinə" satılır

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Range Rover" və "BMW 740İ" markalı avtomobillər üç dəfə satış

10:14 235
.

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə

17.05.2026 227
.

Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur

Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü

17.05.2026 230
.

Bakıxanovda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i

12:49 228
.

KİV: Trampın komandasında İran məsələsinə görə fikir ayrılığı yaranıb

ABŞ Prezidenti Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur. xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton həmi

17.05.2026 195
.

TOP MP3