Azərbaycan ərzaq təhlükəsizliyini necə təmin edəcək?
"Nazirlər Kabinetininin Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qeyd edilən məsələlər Azərbaycanda ərzaq təhlükəsizliyinin dayanıqlığınına xidmət edəcək".
Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçi direktorunun müavini Ramil Hüseynli deyib.
Onun sözlərinə görə, hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır: "Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütün üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədfləyir. Hələ 2001-ci ildə qəbul edilmiş "Ərzaq təhlükəsizliyi Proqramı"nda vurğulanırdı ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır. Hökumətin sonuncu iclasında müəyyənləşdirilən baza prinsipləri də məhz bu mühüm vəzifənin icrasına xidmət edir".
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə "Report"a bildirib ki, hökumətin atacağı addımlar nəticəsində ölkədə ərzaq ehtiyyatları yaradılacaq: "Azərbaycanda hökumətin müəyyənləşdirdiyi müvafiq istiqamətə uyğun olaraq bundan sonra da yerli resurslardan məksimum istifadə etməklə yerli istehsal potensialı gücləndiriləcək. Eyni zamanda Dövlət Taxıl Fondu ilə birgə fermerlərin buğda istehsalını təşviq etmək üçün yeni mexnizmlərinin yaradılması üzərində təkliflər hazırlanacaq. Bu gün əsas etibarilə bizim ərzaq məhsullarının əksəriyyəti ilə özümüzü təmin etmə səviyyəmiz yüksəkdir. Ət, süd məhsulları ilə özümüzü 84-85 % təmin edirik. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı bərpa olunanda bu göstəricilər də yüksəlib 98-99 % olacaq. Kartofla özümüzü 90 %-dan çox təmin edirik. Orta müddətli dövr ərzində kartofla özünü təmin etmə də demək olar ki, 100 % -ə gəlib çatacaq. Yalnız buğda üzrə özünü təmin etmə səviyyəsində aşağı göstərici davam edir. Onun da istehsalının artırılması üçün məhsuldarlığın artırılması əsas məsələlərdən biridir. Həm ölkənin ərzaq ehtiyyatları yaradılacaq, həm də yerli istehsalın göstəriciləri getdikcə yüksələcək".
Xatırladaq ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş iclasa ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlanıb. Sözügedən 6 baza prinsip ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1003 Tarix: 22 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHusilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
16:20 128 Azərbaycanda zəlzələ oldu - Yenilənib
Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır. Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir. *. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikd
14.08.2026 572 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
14:59 177 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 333 Selena Qomez və anası dələduzluqla ittiham olunurlar
Müğənni Selena Qomez yaratdığı "Wondermind" şirkətinə görə məhkəməlik olub. xarici mediaya istinadən xəbər verir ki, bir qrup investor Selena Qomezi, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsonu məhkəməyə verib. İnvestorlar bildiriblər ki, "Wondermind" layihəsin
14.08.2026 251 Paltaryuyan maşının simvollarının mənası - Kəpənək, spiral, əl
Paltaryuyan maşınların idarəetmə panelində onlarla işarə və proqram olsa da, bir çox istifadəçi onların əksəriyyətinin nə üçün nəzərdə tutulduğunu bilmir və daim eyni rejimdən istifadə edir. Halbuki düzgün proqram seçimi paltarları qorumaqla yanaşı, su və elektrik sərfiyyatını azalda, həmçinin cihazı
14.08.2026 343 Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind
16:30 131 Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində
17:28 127 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 309