"Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən" deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATI

"Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən" deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATIQazax rayonunun Aslanbəyli kəndində, 2020-ci ilin iyunun 28-də baş verən qətl hadisəsinin məhkəmə istintaqının təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə sənədinə əsasən cinayətin törədilməsinə rəvac verən motivləri təqdim edir.

Aslanbəylidə bir ev var, bu ev, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun atasından miras qalıb. Baxımsızdır, amma nəticədə ata yadigarıdır və bu evin Fərrux üçün böyük mənəvi dəyəri var.

Mənəvi dəyərin şüurdakı ölçüsü və sərhədləri sonsuzdur, elə Fərrux da öz aləmində bu sonsuzluğun qəlbində əbədiyyət qazanması üçün həmin evə "toz qondurmur".

Yəni, ata yadigarı olan ev baxımsız, boş olsa da, Fərrux üçün maddiyyatdan çox böyük mənəvi sərvətdir.

Lakin günlərin bir günü həmin evdən əxlaqsız məqsədlər üçün istifadə edildiyini öyrənir.

Fərruxa məlumat gəlir ki, həmin evdən tapılan cinsi əlaqə zamanı istifadə olunan qoruyucu vasitə və içində sidik olan butulka tapılıb.

Fərrux bunu həzm edə bilmir, dərhal hərəkətə keçərək həmin evdən kimlərin başqa məqsədlərlə istifadə etdiyini araşdırmağa başlayır.

O, kəndə gələrək atasından miras qalmış evə baxan qohumu (anasının əmisi oğlu) Telman Əhmədovu sorğu-suala tutur.

Telman Əhmədovun suallara cavabı Fərruxu əsla sakit buraxmır, əksinə, alovlu düşüncələrinin üzərinə "benzin tökərək" şübhələrini Telman üzərində cəmləmək üçün əsaslar yaradır.

"Fərrux Telmanla söhbət edərkən onun danışığından və hərəkətlərindən şübhələnir. Məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnir", - deyə istintaq materiallarında bildirilir.

İşin axırına çıxmağa çalışan Fərrux Telmanın yaxasından əl çəkmir, suallarına aydın cavablar tələb edir.

Bakıda yaşayan Fərrux bir neçə dəfə kəndə gəlib-gedir, ancaq Telman haqqındakı şübhələr onu rahat buraxmır.

Buna görə də, 2020-ci ilin iyunun 27-də Telmanın onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq onu öldürmək qərarına gəlir.

Fərrux anasına və qardaşına heç bir söz demədən Qazaxa yollanır, Aslanbəyliyə çatdıqdan sonra Telmanın dükanına gedir.

Fərrux Telmanla mübahisə edir, ona "Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən" deyir. Bu mübahisə Telmanın söyüş söyməsi ilə nəticələnir, dükanın qarşısında duran şəxslər Fərruxu oradan uzaqlaşdırır və imkan vermirlər ki, o, qohumuna yaxınlaşsın.

Bu barədə Fərruxun dayısına məlumat verilir, o gələrək Fərruxu geriyə yola salır. Ancaq emosiyalar daha da qızışır, elə bir həddə çatır ki, Fərrux Bakıya qayıdarkən yolda düşüb geri – Aslanbəyliyə qayıdır.

"Fərrux sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə gedir və mərkəzi bazarın yanında düşür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürür. Mətbəx əşyaları satılan dükana yaxınlaşaraq rəngli açılıb-qatlanan bıçaq alır, onu cibinə qoyub Aslanbəyliyə yol alır", - deyə istintaq materiallarında belə bildirilir.

Mindiyi taksini Telmanın dükanının qabağına sürdürən Fərrux avtomobildən düşən kimi bıçağını çıxarıb Telmanın üzərinə yeriyir. O, Telmana bir neçə dəfə bıçaq zərbəsi endirir və qohumunu qəsdən həyatdan məhrum edir.

Fərrux məhkəmənin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1378   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanm

14:41 157
.

Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım - Video

"İqlim dəyişikliyinin təsirlərinə və hava şəraitinin şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

11:12 165
.

Hizbullah İsrailin 48 tankını sıradan çıxardığını açıqladı

Şiə Hizbullah hərəkatının silahlı bölmələri son bir ay ərzində İsrail ordusuna məxsus 48 tankı sıradan çıxarıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bəyanatda bildirilib ki, Hizbullah döyüşçüləri İsrailə qarşı ümumilikdə 339 əməliyyat həyata keçirib. Məlumata görə, 15 komanda məntəqəsi, 3 kazarma

10:47 136
.

İran müharibəsi uzandıqca BƏƏ və Səudiyyə Ərəbistanı dron hücumları barədə məlumat verirlər

Birləşmiş Ərəb Əmirliklərindəki nüvə elektrik stansiyasında pilotsuz təyyarənin hücumu yanğına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı isə üç dronun tutulduğunu bildirib. ABŞ prezidenti Donald Tramp İranla ABŞ-İsrail müharibəsinə son qoymaq səylərinin dayandırıldığ

10:36 157
.

Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır

ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl

11:42 150
.

İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra

11:26 160
.

ABŞ və İsrailin İrana mümkün hücum iddiaları: regionda gərginlik yenidən artır - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İsrailin İranla bağlı hərbi gərginliyi yenidən kritik mərhələyə daxil olub. The New York Times-ın iki Yaxın Şərq rəsmisinə istinadən yaydığı məlumata görə, iki ölkə bu həftə ərzində İrana qarşı yeni hücumların bərpasını müzakirə edir və hətta mümkün hərbi əməliyyatların yaxın günlərdə həyata keçiril

14:39 131
.

Yağıntılar aylıq normanın 589%-ni təşkil edib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı

12:21 158
.

Prezident WUF13-də çıxış etdi - Canlı

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər. Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraç

11:56 577
.

TOP MP3