Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edirYanvarın 18-də Prezident İlham Əliyev tərəfindən Bakının mərkəzində, tarixi qala divarının önündə həyatının böyük hissəsini Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmiş Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub. Böyük mesenat, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin misilsiz əməlləri xalqımızın xatirəsinə əbədi həkk edilib.
Açılış mərasimində dövlət başçısı İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən bir çox önəmli layihələr barədə danışıb. O, Bakını təmiz içməli su ilə təmin edən Şollar su kəmərinin çəkilişini xüsusi olaraq qeyd edib. Bildirilib ki, məhz Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 1883-cü ildə Bakıda teatr binası tikilib. 1897-ci ildə "Kaspi" qəzetinin naşirliyini ələ almaqla bu qəzeti milliləşdirib, Həsən bəy Zərdabinin Bakıya gəlişini təmin edib. O həmçinin, "Həyat" qəzeti, "Fyüzat" jurnalı kimi mətbuat incilərimizi maliyyələşdirməklə ölkədə milli mətbuatın inkişafına böyük dəstək verib.
Dövlətimizin başçısı onun xeyriyyəçilik fəaliyyətini qeyd edib: "Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir".
Ölkə başısı çox maraqlı bir faktı xatırlatdı. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyevin öz üzərinə götürdüyünü deyərkən əlavə edib ki, həmin o tələbələrin arasında babası Əziz Əliyev də olub.
Hacı Zeynalabdin Tağıyev Azərbaycanda təhsilə, o cümlədən qızların təhsilinə çox böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü və maliyyəsi ilə 1898-1901-ci illərdə Bakıda ilk qızlar məktəbi tikilib. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən Hacı Zeynalabdin Tağıyev olub. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.
Hacı Zeynalabdinin xeyriyyəçilik fəaliyyəti Azərbaycanın daxili ilə məhdudlaşmayıb. Balkanlarda döyüşən türk qardaşlara yardım məqsədilə Bakı Xeyriyyə Cəmiyyətinin yerləşdiyi tarixi "İsmailiyə" binasındakı toplantıda Hacı 500 min qızıl pul ianə etmişdi və ondan nümunə götürərək digər imkanlı şəxslər də dəstək kompaniyasına qoşulmuşdular.
1924-cü ilin sentyabrın 1-də dünyasını dəyişən Hacı Zeynalabdin Tağıyev vəsiyyətinə görə Mərdəkanın "Pirhəsən" pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn edilib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Hacının dəfn edildiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb.
Ən əsası isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Dövlət başçısının da vurğuladığı kimi, xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Digər yeni təsisatlar da yaranıb. Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Bu gün də xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 21 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 402
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 247
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 374
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 65
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 266
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 267
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 267
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 246
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 306
.