Azərbaycan dilini bilmədi, Bakıya qayıtmağına qadağa qoyuldu - "Sehrli xalat"ın Rəşidi...

Azərbaycan dilini bilmədi, Bakıya qayıtmağına qadağa qoyuldu - "Sehrli xalat"ın Rəşidi...BiG.AZ Kulis.az-a istinadən "Sehrli xalat" filmindəki Rəşid obrazı ilə məşhurlaşan aktyor Azər Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində, demək olar ki, danışa bilməyib.

***

Sonralar da bütün həyatı boyu rus dilində təhsil alır. 8 il Moskvada oxuyur. Sankt-Peterburqda, Odessada yaşayır. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlananda, yenidənqurma vaxtı dostlarının dəvəti ilə ABŞ-a gedir. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişir.

Bir gün evlərinə anasına zəng vurur. Bakıya qayıtmaq istədiyini bildirəndə isə anasından gözlənilməz cavab eşidir: "Bakıya qayıtma".

***

Azər bu barədə müsahibələrinin birində belə deyir:

"Doğurdan da, geri qayıtmaq istəyirdim, lakin alınmadı. İndi 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Bu, yanlış fikirdir. Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdır, lakin əhalinin böyük əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil. Burada hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdir".

***

Ailədə iki qardaş, bir bacı olan anası da Azərin sonradan onun yanına köçür. Qardaşı və bacısı isə Bakıda qalmağa üstünlük verirlər. 2012-ci ildə onun anası ABŞ-da dünyasını dəyişir və orada dəfn olunur.

1983-cü ildə elə Amerikada ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlir.

***

O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

***

Ancaq ona ən böyük uğuru "Sehrli xalat" filmindəki pioner Rəşid obrazı gətirir.

***

Rejissor Səttar Atakişiyev 1964-cü ildə "Sehrli xalat" filmini ekranlaşdırır. Filmin ssenarisi Aleksandr Tarasovla birlikdə yazılır. Kinosınaq zamanı Rəşid rolu üçün Azər Qurbanovla yanaşı Yaşar Nuri, Ramiz Əzizbəyli də dəvət olunur. Sınaq çəkilişləri nəticəsində baş rola - "Rəşid"ə Azər Qurbanov təsdiq olunur. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirir.

Yusif Şeyxov müsahibələrinin birində bu haqda deyir:

"Səhnələr çətinliklə alınırdı. Çünki uşaqların sayı çox idi. Hətta 7-8 dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez çəkilirdi. Mənim üçün ən çətin yer çəkiliş vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin ayın səthində qaçdı-tutdu səhnəsi vardı. Rəşid gülürdü. Həmin gülüşü ifadə etmək məndə heç cür alınmırdı. Əlisəttar Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda olan təcrübəli aktyorlar mənə gülməli əhvalat və hadisə olmadan necə gülmək lazım olduğunu öyrətdilər. Mənim üçün filmdə ən çətin olan bu idi. Nəhayətdə səslənmə Əlisəttar müəllimin istədiyi kimi alındı. O, Azərbaycan kinosunun nağılçısı, uşaqlarla da, böyüklərlə də işləməyi bacaran bir insan idi".

***

Filmdə Rəşidin ən yaxın dostu və tərəf müqabili Zərifə rolunun ifaçısı Solmaz Hətəmova uzun illər keçməsinə baxmayaraq, filmdə çəkilən uşaqlardan bəzisi ilə əlaqə saxladığını desə də, Amerikada yaşayan Azər Qurbanovla heç cür münasibət qura bilmədiklərini deyir:

"Hazırda uşaqlarla uzun illərdən sonra heç olmasa sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilirik. Azər niyəsə əlaqə yaratmaq istəmir. Digərlərilə əlaqə saxlamağa çalışmışam".

***

Hal-hazırda şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğuldur. Həmçinin tibbi daşımacılıqla bağlı şirkəti var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2851   Tarix: 20 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 402
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 247
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 374
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 65
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 266
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 267
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 267
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 246
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 306
.