"Vəsiyyət edib ki, ölsəm, Kərimlə Canananı barışmağa qoymayın"

"Vəsiyyət edib ki, ölsəm, Kərimlə Canananı barışmağa qoymayın""Yanvarın 25-i apellyasiya məhkəməsidir. Vəkil aldatdı. Dedi ki, narahat olma, 5-8 yaşında uşaq anada olur, kimsə əlindən ala bilməyəcək. Mən buna inanırdım. Lakin məhkəmədə gördüm ki, qanun pozuntusuna yol verilir".

Bu sözləri OLAY-a müsahibəsində Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidova (Canana) deyib. Övladlarına qovuşmaq istəyən ana bildirib ki, övladlarına görə həyat yoldaşı Kərimin ikinci xanımla evlənməsinə qarşı olmayıb:

"Biz ailə qurandan bəri Kərim ikinci xanımının olmasını istəyirdi. O, böyüklərindən elə gördüyü üçün belə fikirləşirdi. Mən də deyirdim ki, problem yoxdur, olsun. Çünki tam fərqli insanam. Deyirdim, elə xoşbəxtdirsə, problem yoxdur. Uşaqlarımın gələcəyini düşünürdüm, istəyirdim ki, onları irəli aparım. Ona görə normal baxırdım, onunla dava etmirdim. Anasından bağlıdır, ondan asılır, çox travması var. Mən ona söz vermişdim ki, səninlə evlənəcəyəm, sevib ailə qurmamışdım. İstəməzdim ailəmiz dağılsın. İllərlə hər çətinliyə qatlanmışdım. Səkkiz il nişanlı qaldım. Hətta valideynlərim razı deyildi. Anam Mətanət xanıma demişdi ki, olmaz. O da söyləmişdi ki, artistəm deyə məni bəyənmirsiz? Yenə də mən dedim, Kərimə söz vermişəm...

Sonuncu dəfə Kərim dedi ki, ikinci dəfə ailə qururam, elçi gedirəm, istəyirəm sənin də razılığın olsun. Dedim, Allah xoşbəxt etsin, get. Amma mənim övladlarımı qaytar. Heç vaxt uşaqlarımı ögey anaya vermərəm. Onda qayıtdı ki, xəbərin var, anam deyir, birdən dünyadan köçsəm, vəsiyyət edirəm ki, Kərimi Canana ilə barışmağa qoymayın. Yoxsa haqqını halal etməz. Mən həmişə deyirdim ki, Mətanət xanım, bu ailənin dağılmasında səbəbkar sizsiniz. Hətta uşaqlarıma da deyirəm, Tuncaya zəng edirəm ki, mən sizi heç kimə vermərəm. Bilirəm, ögey ana sizə baxmaz. Anadan başqa kim övlada qayğı göstərə bilər? Uşaq gəlir, məni görəndə qaçır qucaqlayır. Deyir, ana, bir dəfə də öpüm, sonra get. Onları gəzdirirəm, qızım necə sevinir. Ana qoynunda böyüyən uşaqdır. Mən övladımı qoyub, heç yerə getməmişəm. Uşağımla nəfəs almışam, indi də belədir. Onları geri qaytaracam, söz vermişəm, mənim yanımda olacaqlar. Onların haqqına nə düşür etsinlər, şəraitlərini düzəltsinlər, uşaqlar yaşasın".

Canananın sözlərinə görə Kərim də eyni həyatı yaşayıb:

"Kərim həmin travmaları yaşayıb, atası ikinci dəfə ailə qurub. Travma alıb. Ona görə həmişə Kərimin yanında idim ki, ona dəstək olum. Ancaq o, öz seçimini etdi. İstədiyi ailəni də qurdu. Hər zaman bunu eşidirdim ki, olacaq, ikinci dəfə evlənəcək. Mən də deyirdim, get ikinci xanımı al, xoşbəxt ol. Buna görə ailə dağılmır ki? Məni evə qeydiyyata almırdılar, Mətanət xanım oğlunun adına nəyisə qeydiyyata keçirmirdi. Bilirdi ki, məni boşayacaqlar. Son dəfə də kamerada bunun şahidi oldum, eşitdim ki, necə məndən ayrılması üçün plan qururlar. Onda da söylədim ki, artıq nə deyə bilərəm. Arzunuzu mən həyata keçirəcəm, oğlunuzdan boşanacam. Onda görüm, necə rahat olacaqsınız. Çünki məni çox incidirsiniz, uşaqlarımın yanında çox alçaldırsınız. Onların nəsillərində də belədir. Mən o evdə oldum, görmədim ki, Mətanət xanımın atası anası ilə bir yaşasın. Ata bir qızının, ana da digər qızının yanında yaşayıb. Heç vaxt bir yerdə qalmayıblar. Mətanət xanımın dayılarının iki xanımı var. Kərimin atası öz həyat yoldaşı ayrılan kimi getdi evləndi, uşaqlarına sahib çıxmadı. Oğul də bu vəzifəni davam etdirir. Mən də istəmirəm övladlarım belə bir həyat yaşasınlar, xanımlarına qarşı belə olsunlar. Ona görə yalvarıram ki, uşaqlarımı özümə qaytarsınlar".

O deyib ki, 7 aydır uşaqlarından ayrı yaşayır:

"Mənim üçün də, onlar üçün də çox çətindir. Həm də uşaqlar travma alırlar. Görüntülü zəng edirəm, istədiyim qədər danışa bilmirəm, lazımi məlumatları ala bilmirəm ki, nə yeyirlər, xəstələniblərmi? Ancaq dayədən soruşa bilirəm. Böyük oğlumla çox az ünsiyyət qura bilirəm. Deyir, dərslərə hazırlaşıram. Ona tapşırıram ki, bacına, qardaşına nəzarət elə ki, nə edirlər, necədirlər. Uşaqlarıma həsrətəm. Onlar da mənə. Görürəm Ruhlan mənimlə olanda başqa cürdür. Onları əyləncə mərkəzinə aparıram. Nə qədər belə davam edəcək? Elə ancaq əyləncə mərkəzində görüşəcəyik? Uşaqları aparıram evə. Sonra Ruhlan deyir ki, axı atam dedi, gəl. Bunu söyləyir, uşaq həyəcan keçirir ki, evə getməliyəm. Deyirlər, ana, gedək sabah gələk. Gəlib çəkiblər evim də var, işim də. Həm dövlət işçisiyəm, həm də gözəllik salonum var.

Hər yerdə deyirdi ki, salonu mənə o açıb. Hamı bilsin ki, salonu həqiqətən mən özümə açmışam. Özüm icarəyə götürüb, uşağımın gələcəyini düşünüb bu addımı atdım".

Canana onu da əlavə edib ki, övladları ataları tərəfindən fiziki zorakılığa məruz qalıb:

"Övladımı Kərim vurub. Anası da deyirdi ki, Kərim vurma, çıxıb efirdə səni biabır edəcəm. O da söyləyirdi ki, ana, özümdən asılı deyil. Əsəb keçirirdi döyürdü. Mən də dözürdüm. Artıq dözə bilmədim ki, mənim uşağımı niyə vurursan? Nə istəyirsən? Həmişə onu deyirdi ki, uşaqlar mənə lazım deyil. Məni qınayırlar, deyirlər ki, azadlıq istəyirdi. Bu, düzgün deyil. Mən həmişə azad olmuşam da. Kim mənim azadlığımı əlimdən alıb ? Rusiyada böyümüşəm, gedib-gəlmişəm. Deyirlər, analar öz övladlarını qısqanırlar.

Bəlkə də o, oğlunu qısqanır. Çünki həmişə oğlunu yanında saxlayıb, sərbəstlik verməyib. Deyirlər, o ailə qurmuşdu, üç uşağı var idi, doğmazdı, niyə boşandı? Xeyr. Allah verən paydır. Mənim anam rəhmətə gedib. Ehtiyacım olub ki, qızım dünyaya gəlsin. Övladım mənim canımdır. Onları düşünmüşəm. Özümü düşünsəm, elə səkkiz ilə nişanlı qalanda, ayrılardım. Dözmüşdümsə, indi də elə dözüb oturardım. O qədər təzyiqlər, təhqirlər oldu ki... Tuncay neçə dəfə məni müdafiə etdi. Nənəsinə deyirdi ki, niyə anamla, elə danışırsan? Görürdüm ki, uşaq da əsəb keçirir, ona görə buna son qoydum ki, döyülməsinlər. İndi onları vurmurlar, üstlərində əsirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2965   Tarix: 20 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 402
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 247
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 374
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 65
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 266
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 267
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 267
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 246
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 306
.