Pərvinin ilham verən saç modelləri... - FOTO
Gənc aktrisa Pərvin Abıyeva istər yer aldığı proqramlardakı tərzi, istərsə də günlük həyatında İnstaqramda paylaşdığı libasları ilə xeyli insan tərəfindən bəyənilir.
Ancaq budəfəki mövzumuz Pərvinin tərzi yox, gözəlliyinə xüsusi yön verən saç modelləridir.
BiG.AZ xəbər verir ki, OLAY aktrisanın İnstaqram hesabına nəzər yetirib və rahatlıqla, tez-tez istifadə etdiyi saç modellərini bir araya gətirib. Diqqətimizdən yayınmayan bir şey var: sırğa saç üçün önəmli bir aksessuar olsa da, Pərvin Abıyeva ondan ya istifadə etmir, ya da çox az istifadə edir.
Cennifer Lopez tərzi
Uzun illər Cey Loda görməyə öyrəşdiyimiz yüksəkdə toplanmış yarım saç modeli zaman-zaman Pərvin Abıyevanın "radar"ına düşür. Pərvin bu saç modelini ən çox çəkilişlərdə istifadə etməyi sevir.
Kəkilli yarımçıq yığılmış saç…
Pərvin Abıyeva kəkilli saç modeli yaraşan məşhurlardandır. Yarımçıq yığılmış saçı çox asanlıqla tətbiq edə bilərsiz.
Mini hörüklər
Son zamanların gənc, enerjili, modern, romantik və bir o qədər də şıq saç modelləri arasında mini hörüklər var. Siz də açıq qoyduğunuz saçlarınızın ön qismindən iki nazik topa tutaraq hörə bilərsiz. Saçlarınız dalğalı da ola bilər, düz də. Üstəlik saçaqlarınızı və orta uzunluqda olan kəkillərinizi də bu hörüklərlə şəkilləndirə, trend bir görünüş yaxalaya bilərsiz. Yaxud elə bu fotodakı tərzə də üstünlük vermək imkanınız var.
Qıvırcığın zərifliyi
Pərvinin xəfif təbii qıvırcıq formasında açıq qoyduğu saç görüntüsü də ona çox yaraşır. Siz də öndən azca yana ayıraraq qıvırcıq saçlarınızı həm günlük tərzinizdə, həm də partilərdə istifadə edə bilərsiz.
Zəhmətsiz toppuz
Toppuzlardan vaz keçmək mümkün deyil. Abıyeva kimi saçaqlı bir tərz istəyirsizsə, ön hissəsindən xəfif bir şəkildə dağıtmaqla və topalar çıxarmaqla saçlarınız qüsursuz görünər. Toppuzun mükəmməlikdən uzaq olması, dağınıq bir görüntüdə olması olduqca vacibdir.
Can qurtaran hörüklər
Xüsusilə bohem yay tərzində "over size" pencəklər və kimono şəklində birlikdə istifadə edə biləcəyiniz bir saç modelidir. Saçlarınızın ön və yan hissəsindən nazik topalar saxlamaq şərtilə rahat bir hörük ərsəyə gətirin və onu yana doğru əyin.
Sevimli bandanalar
Pərvinin bandana sevgisi də gözümüzdən yayınmayıb. Bakının aksessuar mağazaları, yaxud İnstaqramdan onlayn sifarişlə saçlarınızı rəngarəng dünyayla bağlaya, tərzinizə başqa bir atmosfer verə bilərsiz.
İslaq-İslaq...
Daha çox xüsusi dəvətlər, dəniz və hovuzkənarı istirahət üçün olduqca maraqlı tərzdir, qulaqlarınız buna imkan verəcək ölçüdədirsə, istifadə etməyiniz məsləhətlidir.
Yuxarıdakılardan savayı Pərvinin müxtəlif tərzlərdə olan saç düzümlərini təqdim edirik:










BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043