"BakıKart" Sumqayıtda da istifadə olunacaq
Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.
BiG.AZ xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi deyib.
O bildirib ki, artıq Türkiyədən yeni validator aparatları sifariş edilib:
"Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu barədə çoxsaylı şikayətlər olunurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı. Yeni aparatlar Türkiyədən gətiriləcək".
T. Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq".
O qeyd edib ki, artıq "BakıKart" sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu, böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının "BakıKart" olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq".
T.Saydumov bildirib ki, yeni kartların alınması üçün əlavə ödəniş olmayacaq:
"Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında vəsait qalıbsa, o təzə karta köçürüləcək. Burada nə pul itkisi olacaq, nə də yeni karta görə əlavə ödəniş".
Xatırladaq ki, noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:
12:12 222 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12:34 277 Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi
Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən
12:57 225 Bu instituta icraçı direktor təyin olundu
Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub. Ötən gün Nigar Kərimov
15:46 228 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
16:50 230 Bakıda məşhur restoranda yoxlama: Kababda bakteriyalar aşkarlandı - Foto
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb. xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşları tərəfində
21:15 23 Dublin sammiti: Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropanın gələcək təhlükəsizlik strategiyası
Avropanın siyasi gələcəyi, təhlükəsizlik arxitekturası, iqtisadi dayanıqlılığı və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyan Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti bu gün - noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işə başlayır. Avropanı
14:51 222 Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. "Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu - yüz milyardlarla dolları və boğazın
21:00 60 Fil motosikletli kişini tapdalamağa çalışdı
Hindistanda vəhşi fil motosikletli kişiyə hücum edərək onu tapdalamağa çalışıb. Ətrafdakı sakinlərin qışqıraraq müdaxilə etməsindən sonra fil hadisə yerindən uzaqlaşıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Hindistanda baş verən hadisə zamanı vəhşi fil motosikletli kişinin üzərinə yeriyərək on
11:24 247