İnsanlığın adamyeyən keçmişi (Fotolar)

Cəmiyyət içində bu mövzuda danışmasalar da, qazıntılara baxanda bəşəriyyətin keçmişi çox qanlı və dəhşətli olub. Daş dövründə öldürülmüş insanların qalıqları göstərir ki, bizim babalarımız əsl hannibal olublar.

İnsanlığın adamyeyən keçmişi (Fotolar)İnsanlığın adamyeyən keçmişi barədə ilk məlumat 2006-cı ildə İspaniyadan gəlir. İspaniyanın Milli muzeyindən Antonio Rozas bildirir ki, onun qrupu 2000-ci ildə El Sidron mağarasından tapılmış 8 neandertal skeletinin tədqiqatını başa çatdırıblar. Doktor Rozas iddia edir ki, neandertalların bəzi sümükləri iliyə çatmaq üçün xüsusi formada deşilib. Alimlərin sözlərinə görə, skeletlərin dişlərindəki kimyəvi tərkib göstərir ki, onlar uşaqlıqda daimi aclıq keçiriblər. Müşahidələrdən sonra bu nəticəyə gəlinib ki, təxminən 43 min il əvvəl El Sidrondakı neandertallar naməlum səbəblərdən aclıqdan ölümün pəncəsinə düşüblər və hanibbalizmə qaçmağa məcbur olublar.

İnsanlığın adamyeyən keçmişi (Fotolar)Elmi cəmiyyət razı qalıb: göstərilən neandertallar hanibbal olublar, amma, hamısı yox. Ümumiyyətlə, onların insanla qohumluğu da alimlərdə şübhə yaradıb. 2000-ci ilin ortalarında tədqiqatçılar hesab edirdilər ki, kromanyçonlar neandertallarla birləşməyiblər və bizim əcdadlarımız neandertallar ola bilməz.

Le Rualı Kromanyonçular

Üç il sonra "qohum deyil" fərziyyəsi bizim ata-babamız olan kromanyonların hərəkətlərinə müəyyən qədər haqq qazandırdı. Məlum oldu ki, onlar neandertalları yeyirmişlər.

Xoş olmayan nəticənin arxasında 35 min il əvvəl Le Ruada (Fransanın qərbində) yaşamış neandertalın çənə sümüyünün tapılması dayanırdı. Fransız Milli Elmi Tədqiqat mərkəzinin arxeoloqları tədqiqat zamanı çənə sümüyündə kromanyonçların silahı ilə vurulmuş yara izi tapır. Alimlər fərz edirlər ki, kromanyonçlar bəxtsiz neandertalı öldürüb, cəsədini öz mağaralarına daşıyıblar. Əti sümükdən ayırıblar ki, bu da sümükdə xüsusi izlər buraxıb. Dişləri isə çənədən çıxarıb, bəzək əşyası kimi istifadə ediblər.

İnsanlığın adamyeyən keçmişi (Fotolar)Tədqiqatı aparanlardan biri Fernando Roççi:

"Biz uzun illər bu versiyadan utanmışıq, amma, həqiqətin gözünə baxmağın vaxtı gəlib. Qədim insanlar Homo neanderthalensisləri yeyiblər. Çox güman ki, bu da sonuncuların məhvinə gətirən səbəblərdən biri olub".

Roççinin bu fikri elmi dairələrdə əməlli başlı narazılıq yaradıb.

Atapuerkanı ötüb keçən insan

Elə bu vaxt Şimali İspaniyadan gələn xəbər oda yağ kimi tökülür. 2009-cu ilin iyununda Atapuerka mağarasında aparılan qazıntıların rəhbəri Xose Mariya Bermudes de Kastro elan edir ki, bu ərazilərdə 1.2 milyon-500 min il əvvəl yaşamış ən qədim insan ( Homo antecessor), heç şübhəsiz ki, hanibbal imiş.

Alimi belə fikrə gəlməyə tapılmış insan sümükləri vadar edir. Bir neçə qədim mağarada 11 uşaq sümükləri tapılır. Maral, at, ayı kimi böyük heyvanların sümükləri ilə qarışıq sümüklər dağınıq vəziyyətdə olur, bəzilərinin üstündə daş alətlərlə və insan dişləri ilə vurulmuş çapıqlar görünür:

"Bu bizə hannibalizmin həmin ərazilərdə dini ayin olmadığını deməyə əsas verir".

Əlbəttə, qədim insan sözün əsl mənasında insan olmayıb, baxmayaraq ki, Homo sapiensi xatırladıb. Müasir insan tipinin hamar üzünün əvəzində qədim insanın çox möhkəm qaşüstü çıxıntıları, çənəsiz və böyük dişsiz geniş üzaltı olub ki, bu da neandertalı daha çox xatırladır. Məhz bu alimlərə qədim insanın kromanyonçların və neandertalların ümumi babası olması fərziyyəsini verir. Deməli, müasir insanın iki əcdadından biri əsl adamyeyən olub.

Herkshaymadan olan adamyeyənlər

2009-cu ilin yazında Bordo Universitetindən (Fransa) antropoloq Bruno Bulestan, alman şəhəri Şpeyer yaxınlığında, daş dövrünə aid xarabalıqlardan olan Herkshaymda (7 min il əvvələ aid) tapılmış sümüklərin tədqiqindən sonra sensasiyalı nəticələri nəşr etdirir. Məlum olur ki, sümüklərin üzərində çox qəribə xəsarlar var.

Yerli arxeologiya bölməsinin rəhbəri Andrea Çeb-Lanç:

"Kəllə sümüklərində burnun yanından başlayıb yanağa gedən çapıqlar və gicgahlarda da eyni çapıqlar görünür. Bəzi sümüklərdə iti, çaxmaq daşından düzəldilmiş bıçaqla vurulmuş incə, paralel çapıqlara da rast gəlmək olur. Bel sümüklərinin kənarları parçalanıb. Bu nişanlar şübhəsiz ki, həmin yerlərdən ətin kəsildiyini göstərir".

Doktor Bulestan əlavə edib ki, bunun bir səbəbi ola bilər: sümükləri sındırıblar, parçalayıblar və əziblər. Güman ki, cəsədi parçalayıblar, baldır əzələlərini və bağları ayırıblar, əti çıxarıblar, sümükləri isəyeməkdə istifadə eləmək üçün parçalayıblar. Onurğa sütunu qırılıb, qabırğa çıxarılıb, kəllə sümüyünün üst hissəsi deşilib ki, beyin çıxarılsın. Çox güman ki, beyin həmin dövrlərdə xüsusi ləzzət hesab edilirdi. Onlar çox az sümük saxlayırdılar.

İnsanlığın adamyeyən keçmişi (Fotolar)Alimlərin dediyinə görə, Herkshayma xarabalığında hanniballar tərəfindən yeyilmiş 1000-dən çox adamın sümüyü tapılıb. nəzərə alsaq ki, məskunlaşma özü o qədər sıx olmayıb, bu çox qəribə səslənir. İsti izlərlə aparılan genetik araşdırmalar göstərib ki, öldürülənlər nə yerli, nə də hansısa qəbilənin nümayəndəsi deyil, Avropanın müxtəlif yerlərindən gələnlər olublar. Qalıqları öyrənən antropoloqlar sübut ediblər ki, hətta yeyilənlər arasında heç döyüşdə əsir götürülənlər də olmayıb.

Doktor Çeb-Lanç ehtiyatla bildirib ki, çox güman onları hansısa dini ayin zamanı qurban veriblər. Bu versiyanı təsdiq edən sübutlardan
biri də odur ki, öldürülənlərin kəllə sümüyündən heç vaxt heç kimin içmədiyi fincan düzəldirmişlər. Hətta indi də onların kənarları elə itidir ki, dodaqları yaralamaq olar.

Torkidən olan adamyeyənlər

2 ay keçəndən sonra, 2009-cu ilin avqustunda ümumavropa hannibalizminə ingilislər də öz töhfələrini verirlər. Hələ 1866-cı ildə İngiltərə arxeoloqu Uilyam Peqelli Torki şəhəri (Böyük Britaniya) yaxınlığında Kent mağarasında 29 yaşlı adamın çox yaxşı qalmış çiyin sümüyünü aşkarlayır. Tapıntı Torki şəhərinin muzeyinə aparılır və uzun müddət unudulur. Onu ancaq 2008-ci ilin dekabrında əşyaların siyahıya alınması zamanı xatırlayırlar. Nəzarətçi Barri Çandlerin diqqətini sümüyün üzərindəki paralel çapıqlar cəlb edir. Oksford universitetinin keçirdiyi müstəqil ekspertiza göstərir ki, çapıqlar açıq-aşkar qəsdən vurulub və çox güman sümük də qəsdən yarılıb. Bu iki şərait hannibalizm əlaməti olduğunu göstərir.

Ekspertizanı aparan doktor Rik Şultinq:

"Çapıqların bir yerdə olması onu göstərir ki, üz əzələləri sümükdən hələ cəsəd təzə ikən ayrılırmış. Bu heyvan qalıqları olsaydı, belə düşünmək olardı ki, sümüyü iliyə çatmaq üçün deşiblər. Çünki mezolit dövrünün adamları üçün ilik delikates hesab edilirmiş".

Düzdür, alim öz versiyasını çox da müdafiə etmir və daha xoş fərziyyəni də irəli sürür:

"Bu çapıqlar həm də ruhun əcdadlara tez çatması üçün bədənin daha tez çürüməsini təmin etmək məqsədilə də vurula, mezolit dövrü insanlarının insan ölümü haqqında təsəvvürlərinin mürəkkəbliyindən xəbər verə bilər. Onlardan min il sonra əkinçilik yaranır və biz adətən həmin dövrü ( neolit) çox çətin dəfn metodları ilə xatırlayırıq".

Ümumiyyətlə, artıq alimlərin çoxu insanların qədim dövrdə adamyeyən olması fikri ilə barışıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8285   Tarix: 30 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659