Rəqqasə Fatimənin anası qızı haqqında danışdı

Rəqqasə Fatimənin anası qızı haqqında danışdıRəqqasə Fatimənin anası: "Atası dedi, o qızın adının üstündən xətt çəkmişəm"

"Atası məndən çox Fatiməni sevirdi"

...Fatimə Bakıda doğulub. Böyük qardaşı, ilk oğlum dörd yaşında olanda bu anadan oldu. Qız övladımın olmağını çox arzu edirdim ki, anamın adını yaşadım. Anam rəhmətə gedəndə 50 yaşı var idi. Hamilə olanda hamı mənə dedi oğlun olacaq, dedim yox bu qız övladıdır. Çünki Allahdan nə istəmişdimsə, hamısını mənə verib. Allah səsimi eşitdi. Lap arzuladığım kimi qız övladı verdi. İki kiloqram, 450 qram idi. Bax indi necə balaca görürsünüzsə, o vaxt da belə balaca qız idi. Atası rəhmətlik onu çox sevirdi, oğlundan da çox Fatiməyə diqqət edirdi. Məndən çox onu sevirdi...

"Fatiməni dayəyə verəndə qadın baxdı, imtina etdi"

...6 yaşından onu məktəbə yolladım. Mən özüm universitet məzunu olmuşam. Savadı bir kənara qoyub, ticarətlə məşğul oldum. İşləyirdim deyə, oğlumu dayəyə həvalə etmişdim. Fatiməni də dayəyə verəndə qadın baxdı, imtina etdi, dedi mən bu uşağa baxa bilmərəm, nadinc, səs-küylü uşaqdır. Məcbur olub uşağı "yaslı"ya verdim. Yoldaşım hərbçi idi. Qızı bağçaya aparırdım, geyindirirdim, saçlarına ağ bant vururdum, qara saçlarını hörürdüm. "Göyçək Fatma" uşaqlıqdan onun ləqəbi idi. Ağlağan idi, hamı da deyirdi, ay Göyçək Fatma, niyə ağlayırsan?.. Qızıma, oğluma bütün qonşular həsədlə baxırdılar. Çox qonşular onu gəlin aparmağı arzu edirdilər. Ana öz qızını tərifləməz, lakin mənim qızım çox gözəl idi...

"Məktəbdə pis oxuyurdu"

...Məktəbdə çox zəif, pis oxuyurdu. Həmişə evə gəlirdi, deyirdi, mama, bax, mənə qələm bağışlayıblar, filan şey hədiyyə ediblər. Gedirdim məktəbə, müəlliməsinin adı Tamara idi, xahiş edirdim, nə olar qızıma heç nə bağışlamasınlar. Sonra alışarlar, evdən bahalı əşya da gətirib bağışlayarlar.

Atası ilə birlikdə onu hansı toy məclisinə aparırdıqsa, düşürdü ortalığa, yaman oynayırdı. Ortadan çıxmırdı, gəlib bizə deyirdilər, bu qızı aparın, uşağa göz dəyər. Çox vaxt gül dəstəsi bağışlayırdılar. Məcbur olub yoldaşıma dedim gəl, bunu "Cücələrim" ansamblına yazdıraq. Çox yaxşı mənimsədi. Allah rəhmət eləsin, xalq artistimiz Nəriman müəllimin yanına getməyə başladı. Fatiməni görən kimi həmişə ucadan "Göyçək Fatma" qışqırardı... Ceyran Haşımova qaynanamın qardaşı qızıdır. Bir dəfə oların toy məclisinə qaynanam qızı aparmışdı. Toyda oynayanda qaynanam Aliyə Ramazanovaya yaxınlaşıb, Fatiməni tanış eləmişdi. O gündən Aliyə xanımın ansamblında çalışmağa başladı.

"Qızımı üç ay dindirmədim"

...Qonşuluqda özündən beş yaş böyük oğlan onu qaralamışdı. Aydın adında... Qız deyirdi, mən onu sevirəm, ondan başqa heç kimə ərə getmərəm. Ailələrimiz tamam ayrı ailə idi. Mən demirəm ailəmiz "şıkarnı" idi, lakin tamam fərqli düşüncəmiz vardı. Onlarda saat 9-dan sonra evdə işıq yanmırdı, qənaət edirdilər. Qızıma çox dedim ki, 20 yaşı var, məktəbdə oxuyur, instituta girməyib, ondan ailə başçısı olmayacaq. Fatiməni çox nazlı böyütmüşdüm. İnanırsınız ki, hələ o vaxtlarda mən ona 2400 dollara mavi kürk alıb geyindirmişdim? Kürk ticarəti ilə məşğul olurdum. Bir müddət nişanını qaytardıq geri. Sonra anası öyrətdi ki, qızı götürün qaçın, toy xərci çəkməyək. Fatimə qaçandan sonra üç ay dindirmədim onu. Sonra gəlib yalvardı-yaxardı. Dedim, bir şərtlə barışaram, toy eləsinlər. Xərci biz çəkdik. 1995-in yanvarında toyları oldu, sentyabrda qızı dünyaya gəldi.

"Dörd ay keçmədi ki, ayrıldılar"

...Kirayə qalırdılar. Evdəkilər onları yola vermirdilər. Oğlu evə gələndə anası özünü xəstəliyə vururdu, hamilə qızımı əri evdə olmayanda hər işə buyururdu. Yoldaşı ilə bir-birlərini sevirdilər. Anası çox icazə vermirdi ki, mehriban olsunlar. Qadın istəyirdi oğluna maşın alaq, ev alaq. Mən də düşünürdüm niyə almalıyam? O cür qız ərə vermişəm. Çox uğursuz ailəsi vardı. Qızım qayınanası ağız dolusu "mama" deyirdi. Oğlan evdə oturmurdu, bütün günü yoldaşları ilə futbola gedirdi, ora-buranı gəzirdi. Uşaqdır da, ağlı o idi.

Nəvəm dünyaya gələndə mən Bakıda deyildim, atası onu doğum evinə apardı. 16 yaşı var idi, qonşular kömək elədilər. Qız nəvəm doğulandan həyat yoldaşım rəhmətə getdi. Bir ayın içində şam kimi əridi. Nəvəmin 8 ayında dünyasını dəyişdi. Üstündən dörd ay keçmədi ayrıldılar. Rəqsi də atmışdı. Sonra mən onu kosmetoloq işinə düzəltdim. Daha sonra Tibb Universitetində bir müddət işlədi. İnstitutda oxudu, həkimlliyi də atdı. Təkrar el şənliklərinin birində Aliyə xanımı gördü və rəqsə qayıtdı.

"Atası dedi, mənlik deyil, qızın adının üstündən xətt çəkmişəm"

...Həyat yoldaşı neçə il subay qaldı, bir müddət Türkiyədə işlədi, uşağa diqqət göstərmədi, maraqlanmadı. Etibarnamə almaq üçün onu güclə axtarıb tapdıq. Oğlanı tapanda dedi elə edin ki, bir daha bir-birimizi görmək üçün səbəb olmasın... İndi vəziyyəti yaxşıdır. Var-dövlət sahibi olub. Eşitdiyimə görə demişdi ki, uşaq mənim deyil. Mən də üstünə getdim ki, necə yəni mənim deyil? Toy kaseti var, ZAQS kağızı var, necə yəni mənim deyil? Neçə vaxtdır səni məhkəməyə vermişəm aliment verəsən? Zamanında imkanın yoxdur, tələb etmirdim. Artıq imkan sahibisən 15 ildə övladın üçün etmədiklərini et! Şükür Allaha evlənmisən, bir oğlun olub, 3 yerdə obyektin var, maşının, yeni tikili mənzilin. İndi xahiş edirəm, qız övladına borcunu ödə. Qızım övladına 7 müəllim tutub, ayaqlarının zəhmətilə pul qazanır. Gecə evə gələndə ayağının ağrısından yata bilmir. Dedi mənlik deyil, mən o qızın adının üstündən xətt çəkmişəm. Evdəkilərdən gizlədib, yeni həyat yoldaşının ailəsinə deyib ki, nə ailəm olub, nə uşağım...

"Fatimənin qızı bu günədək toya getməyib"

...Qızımın rəfiqəsi olmayıb. Olanlar da ona sadiq olmayıblar. Bir dostu var, o da mənəm. Qızımın qazancını heç vaxt hesablamamışam. Həmişə demişəm, pulun mənə maraqlı deyil, ancaq ruzinin qədrini bil. 40 yaşınadək nə etdin, odur. Fatimənin bir pis xüsusiyyəti var, insanlara tez ürək qızdırır, ürəyini tez açır.

Oğlum uzaqda - Hollandiyada yaşayır, bir oğlu var. Tibb universitetini bitirdi, bacımın yanına getdi. Fatimə ilə ikimiz qaldıq. Fatimənin qızı çox ağıllıdır, ingilis dilini ana dili kimi bilir. Bu günədək bir toya getməyib. Çox ağır təbiətlidir. Fikri-zikri dərs oxumaqdır. Ailə qurmaq fikri yoxdur. Atasını çox sevir, tez-tez iş yerinin yanına gedirdi ki, onu görsün, atası fikir vermədi, sonralar atası üz döndərdi, onun da qəlbi sındı...

Əvvəllər Fatimənin rəqqasə olmağına çox narazı idim. Deyirdilər ki, bir qız var, sənin qızına çox bənzəyir, rəqqasədir, deyirdim ki, o mənim qızım deyil. Sonralar gördüm ki, sevilir. Bir arzum var, əməkdar artist olsun.

Ailə qurmağını istəyərdim. Çünki bu gün varam, sabah yox. Qadına arxa lazımdır. Bir də həkim olmağını arzu edirdim. İndiki halda ona can sağlığı arzu edirəm. Çox ürəklə oynayır, ayaqlarından qorxuram. Hər evdən çıxanda "Ayətül-Kürsi"ni oxuyub çıxır. İki dəfə Məşhədi ziyarət edib. Fikircil qızdır, indi incəsənətdə olmağına artıq sevinirəm. Dərdi-səri başından çıxır.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10123   Tarix: 11 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1236
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 887
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 934
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1041
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4418
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1003
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 3726
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1427
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 726