Dostları ondan üz döndərdi, oğlunun dəfninə gedə bilmədi...

Dostları ondan üz döndərdi, oğlunun dəfninə gedə bilmədi...Xəbər verdiyimiz kimi, beyin insultu keçirən Xalq artisti Canəli Əkbərov oktyabrın 22-də dünyasını dəyişib.

BiG.AZ Kulis.az-a istinadən mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Atası Xanəli Əkbərov tanınmış xanəndə olub, çox nüfuzlu muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur. Onun üç qardaşı da estrada müğənnisi kimi fəaliyyət göstərib. Canəli Əkbərov da erkən yaşlarından ilk müəllimi olan atası ilə toylara oxumağa gedir.

Ancaq nədənsə Canəli Əkbərov ilk təhsilini musiqi üzrə yox, tibb sahəsində alır. Məzun olandan sonra çox savadlı həkimlərlə birlikdə işləyir. Günlərin birində həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşidir ki, Azərbaycan komsomol MK-sı xəttilə III Respublika Gənc İfaçılar Müsabiqəsi keçiriləcək. Bu barədə Canəlinin atasın məlumat veriləndə o, oğlunu müsabiqədə iştirak etmək üçün Bakıya gətirir.

Müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Primov, Xan Şuşinski, Bəhram Mansurov kimi respublikanın görkəmli incəsənət ustaları olurlar. Münsiflərin sədri də Səid Rüstəmov imiş. Canəli muğam ifaçılığı nominasiyasında iştirak edir. Finalda sıradankənar bir "Zərb muğam" oxuyub səs çoxluğu ilə qızıl medala və qalib diplomuna layiq görülür.

Bundan sonra 23 yaşlı Canəli sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verir. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənilir. Xanəndə həmin illəri belə xatırlayır:

"Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub, tələbələr ona öz aralarında ehtiramla "ağa" deyirdilər. Bütün imtahanlardan "əla" alıb muğam ifaçılığı bölməsinə qəbul olundum. Tələbəlik illərində bir gün Əhməd Bakıxanov məni dinləmək üçün evlərinə çağırmışdı. Yadımdadır, bir neçə muğam oxuyandan sonra kədərlə "Təəsüf, min təəssüf ki, Cabbar Qaryağdıoğlu səni eşitmir. Razı qalardı".

O, 1969-cu ildən Xan Şuşinskinin rəhbərlik etdiyi Bakı Muğam Studiyasına gedir. Elə həmin dövrdə "Melodiya" ümumittifaq qramofon yazısı şirkətində maestro Niyazi ilə dərviş və aşıq Səlim partiyalarını ifa edir. Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasını yazdırır.

Canəli Əkbərov 1975-ci ilə qədər işləyir. 1975-ci ildə onu köçürmə ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərirlər. Burada o, "Leyli və Məcnun" operasında İbn Salam roluna təsdiq edilir. Sonralar Müslüm Maqomayevin "Şah İsmayıl" operasında şah İsmayıl, Üzeyir bəyin "Əsli və Kərəm" operasında Kərəm, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Qərib, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal, bir də "Leyli və Məcnun"da Məcnun partiyalarını ifa edir.

Xanəndə 1992-ci ildən Bakı Musiqi Kollejində muğam ifaçılığından dərs deməyə başlayır. 20 il ərzində neçə nəsil muğamatçı yetişdirir. Gülyaz və Gülyanaq Məmmədova, Gülhar Həsənova, Mələkxanım Əyyubova, Bəsti Sevdiyeva, Zabit Nəbizadə, Mənsum İbrahimov, Babək Niftəliyev, Sahib İbrahimov, Ehtiram Hüseynov onun tələbələri hesab olunurlar.

2013-cü il 3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün Xalq artisti, professor Canəli Əkbərovun "Dərsdə masaj" videogürüntüsü internet portallarında yer alır və böyük səs-küyə səbəb olur. Yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir. Bununla bağlı mətbuata açıqlama verən Xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib deyir:

"Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər".

Canəli Əkbərov adı tez-tez qalmaqallarda hallanan sənət adamlarından olub. Onunla bağlı ən güclü söz-söhbət 2017-ci ildə başlanıb. Belə ki, xanəndə VI Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - Xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək. Əlibaba Məmmədov isə Canəli Əkbərovun heyətə qatılmasına qəti etiraz edərək. Bu baş verərsə, özünün münsiflərdən çıxacağını bildirir. Həmkarlarının reaksiyasına Canəli Əkbərov müsahibələrinin birində belə cavab verir:

"Düşünməzdim ki, onlar mənə qarşı belə bir kampaniyaya start verəcəklər. Mənsum kimdir ki, mənim haqqımda danışa? Mənim oğlanlarım yaşda Mənsumdan böyükdür. Onu mən hazırlaşdırmışam. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Bir gün Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır. Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. Direktor Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu "Məcnun" obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. "Xahiş edirəm, bu işə mən əl qatacam", – deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım. Tamaşa istədiyim kimi baş tutdu, Polad Bülbüloğlu o vaxtlar nazir idi. Məni qucaqladı, təşəkkürünü bildirdi. İndi isə hər şey dəyişdi. Mənsum bir balaca parlayan kimi dəyişdi. Əlibaba Məmmədov deyib ki, Canəli orada varsa, mən yoxam. Əlibaba yox, Əlibobbi! Bir dəfə Əlibaba ağır xəstələndi. O, ağır vəziyyətdə xəstə yatanda mənim xahişimlə müalicəsi dövlət tərəfindən həyata keçirilib. İndi belə edirlər".
13 nəvəsi, 16 nəticəsi olan Xalq artisti 2018-ci ildə əvvəl beyin insultu keçirir. 2020-ci ilin may ayında isə onun qardaşı Fərail Xanəli Sankt-Peterbuqda avtomobil qəzasında dünyasını dəyişir. Elə həmin ilin iyul ayında isə xanəndənin oğlu Asəf Əkbərov xəstəlikdən vəfat edir. Oğlunun dəfninə qatıla bilməyən xanəndə mətbuata açıqlamasında deyir: "Ailəmin hamısı getdi, xəstə olduğum üçün mən gedə bilmədim. Heç bilmirəm oğlumdan sonra necə yaşayacam. Ata üçün bundan böyük dərd yoxdur".

Ailəsində baş verən ağır hadisələr xanəndəni dərindən sarsıdır. O, özünün də dediyi kimi oğlunun dərdinə dözə bilməyib 2021-ci il oktyabrın 21-də komaya düşür, 22-də isə dünyasını dəyişir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2219   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.