"Desəydilər, həyat yoldaşın olacaq, gülərdim"

"Desəydilər, həyat yoldaşın olacaq, gülərdim""Uşaq idim, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım... O gün desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim".

BiG.AZ olay-a istinadən yazır ki, bu sözləri aparıcı İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni sosial media hesabında yazıb.

O, Həsəniyə təbriki belə ifadə edib:

"Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər qeyd edək. Əl-ələ, sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək.S əni sevirəm ad günün mübarək, mister Həsəni".

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4920   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş