Əri tərəfindən hər gün döyüldü, manikür ustasının qurbanı oldu...

Əri tərəfindən hər gün döyüldü, manikür ustasının qurbanı oldu...Bu gün Əməkdar artist Nəzakət Məmmədovanın anım günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə xanəndə haqqında 10 maraqlı faktı təqdim edir.

1. Gəncədə anadan olan Nəzakət Məmmədova anasının istəyini nəzərə alaraq təhsil almaq üçün Bakıya gəlir. Opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır və gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb söyülür. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülür. Deyilənlərə görə hətta o, üz-gözündən belə ağır zədələr alır. Onun harayına anası ilə bacısı çatır. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılır.

2. Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

3. Bəzi şəxslər danışırlar ki, guya Nəzakət Məmmədova ilə kəlbəcərli şair Sücaətin arasında sevgi münasibətləri yaşanıb. Gerçək olan isə budur ki, şair Sücaət müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Şairin qohumlarının danışdıqlarına görə, təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki "İstisu" sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.

Könül, üzü dönmüş yara neylədim

Mən ha əzizlədim, naşıydı, getdi.

Könlümün ilk yarı, ilk sevimlisi

Gözümün son damla yaşıydı, getdi.

4. Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirir.

5. Bacısı Kifayət xanım yuxuda bacısının əməliyyata gedəcəyi təqdirdə öləcəyini görür. Bunu xanəndəyə bildirəndə isə o, gülüb deyir, "öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da".

6. Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdır. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib, Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olur. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.

7. Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".

8. Nəzakət Məmmədovanın bacısı Məlahət Məmmədovanın sözlərinə görə, müğənninin nəşi Soçidən Bakıya dəmir qutuda gətirilib. Onun cənazəsini görən molla qadınlar ağlayırmışlar. Həmin gün bir çox insan xanəndənin boğazında və yanağında olan tikiş izlərini öz gözləri ilə görürlər. Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.

9. Müğənnin ölüm xəbəri gələndə onun ardınca ailə üzvləri gedirlər. On üç yaşlı oğlu isə Bakıda qalır. Xəbəri eşidib xanəndənin evinə gedənlərdən biri də Rübabə Muradova olur. Ancaq Nəzakət xanımın on üç yaşlı oğlu onu qapıdan içəri buraxmır, deyir, yalan deyirlər mənim anam ölməyib, kim gəlsə, onu burdan qovacam. Rübabə xanım ağlayır və əhd edir ki, əgər Nəzakət sağ qalmış olsa, qara qoç qurban kəsib onun qarşısına iməkləyə-iməkləyə gedəcək.

10. Cinayətkar həkimin həbs olunması üçün xanəndənin bacısı o vaxtkı rəsmi qurumlara məktub yazır. Nəhayət məhkəmə baş tutur. Heç kimin gözləmədiyi halda bir qadın ayağa qalxıb şahid kimi ifadə verir. O, xanəndənin əməliyyat günü xəstəxanada olduğunu əməliyyat zamanı müğənninin üç dəfə möhkəmdən qışqırdığını bundan sonra isə həkimin və köməkçisinin otaqdan çıxıb qaçdığını görür. Həkim isə əməliyyat vaxtı sərxoş olubmuş. Əgər ona vaxtında tibbi yardım göstərilsə, o, sağ qalacaqmış. Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən "manikür" ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə "canını alan" həkimə 9 il iş kəsir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4460   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18.08.2026 421
.

"Mən heç səni unutmadım"

Aktyor Elşən Orucov mərhum həmkarı və dostu Azər Baxşəliyevi yad edib. Axşam.az xəbər verir ki, sənətçi onunla birlikdə çəkdirdiyi görüntülərdən video hazırlayaraq sosial şəbəkə hesabında paylaşıb. Elşən videonu "Mən heç səni unutmadım" sözləri ilə yayımlayıb. Qeyd edək ki, Azər Baxşəliye

22.08.2026 176
.

Kriştiano Ronaldo ilə evlənən Corcinanın keçmiş sevgilisi ilə fotoları yayıldı

Məşhur futbolçu Kriştiano Ronaldo ilə toyu olan Corcina Rodriqes gündəmdən düşmür. Bu dəfə isə o keçmiş həyatı ilə bütün diqqətləri üzərinə çəkib. xəbər verir ki, iddialara görə, 2016-cı ilə aid olan fotolarda Rodriqes bir bəylə ilə birlikdə əks olunub. Şəkillərin ekran görüntülərində paylaşımlarda

18.08.2026 675
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17.08.2026 512
.

Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur

Amerikalı müğənni və aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Pierson ilə birlikdə qurduğu ruhi sağlamlıq platforması "Wondermind Global" ilə bağlı məhkəmə iddiası ilə üzləşib. xəbər verir ki, Delaver ştatında federal məhkəməyə müraciət edən beş investor Qomez və digər təsisçiləri

15.08.2026 234
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 465
.

Aygün Kazımovanın ŞOK EDƏN GÖRÜNTÜSÜ YAYILDI - FOTO

Xalq artisti Aygün Kazımovanın illər əvvəl çəkdirdiyi fotosu sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, pop divanın arxiv görüntüsü izləyicilərin diqqətini çəkib. Fotoya qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər gəlib. Sosial şəbəkə istifadəçiləri Aygün Kazımova ilə bağlı fikirlərini şərh bölməsind

22.08.2026 382
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım sosial mediada həyat yoldaşı ilə olan görüntüsünü paylaşıb

16.08.2026 284
.

Bu da aparıcı Ülviranın modelə bənzəyən GÖZƏL QIZI - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yenin fotosunu yayımlayıb. Onun paylaşımına çoxsaylı bəyəni gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Həmin fotonu təqdim edirik:

22.08.2026 313
.