Maqsud hansı müğənniləri şantaj edib? - "Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün"
"Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım".
BiG.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) bildirib.
O da dələduzluqda ittiham olunaraq Ukraynadan Azərbaycana gətirilən şəxsdən yanıqlı imiş.
Tolik Maqsud Mahmudovun vaxtilə onu da təhqir etdiyini deyib:
"Mənə mesaj göndərmişdi ki, sən yaxşı oğlansan, xeyirxah işlərlə məşğul olursan, illərdir bir-birimizi tanıyırıq və s. və i.a. Amma sonra məni təhqir etməyə başladı. Yeganə ölkə Azərbaycandır ki, burada müxalifətçilər öz iradlarını söyüşlə ifadə edirlər. Müxalifət də, iqtidar da hər ölkədə var, lakin heç bir Azərbaycandakı kimi müxalifət narazılığını təhqirlə çatdırmır. Özünü siyasi bloger adlandıran bəzi "kişiciklər"imizə isə əmin olun ki, havadarları ev tapşırığı verir. Onların çıxışlarına diqqətlə fikir versəniz görərsiniz ki, hər birinin qarşısında vərəq var və dediyini oradan oxuyur".
Prodüser bəzi müğənnilərin öz maraqları üçün Maqsuda maddi dəstək olduğunu açıqlayıb:
"Maqsud Mahmudov da siyasətdən bixəbər adam olsa da, özünü "siyasi bloger" adlandırırdı. Vaxtilə ölkədə qızıl alveri ilə məşğul olurdu, lombardı vardı və camaatın pulunu yeyib ölkədən qaçmışdı. Bakıda bəzi müğənnilərlə tanışlığı var idi deyə, gedən kimi başladı onlar haqda ifrat dərəcədə pis şeylər deməyə. Təəssüf ki, Azərbaycanda on minlər qazanan, qazancının 10 faizini belə vergi verməyən, ən azı "Əməkdar artist" fəxri adını almaq istəyənlər bu tip reketçilərə pul verir, özlərinə təriflər yağdırdıb, rəqiblərini alçaldırlar.
Mən də elə bir müğənni tanıyıram, adını çəkməyəcəyəm. Bildiyimə görə, özünün söyüşlərini sildirməyə görə onlarla əlbir olub guya hansısa qazinin əməliyyat xərcini ödəmişdi.
Bəzi qadın müğənnilərə irad bildirəndə deyirdilər ki, "qızım böyüyür, sabah oğlum qız alacaq, istəmirəm belə videolarım xoşbəxtliklərinə mane olsun".
Maqsud Mahmudov da reketçi idi, tutulmasına yox, ifşa olunmasına sevinirəm.Bu adamlar hansı pulla özlərinə necə studiya yaradırlar? Onlar maliyyələşdirən kimlərdir?
Sevinc Osmanqızı Amerikaya getdi, özünə yutub televiziya açdı. Mənim ona jurnalist kimi böyük hörmətim var, amma, Sevinc xanım, bu necə olur, pulu rahatlıqla necə tapırsız? Qısası, haradan maliyyələşdiniz? Necə oldu ki, gedən kimi hazıra nazir oldunuz? Kamera, studiya, yutub televiziya göydən zənbillə düşdü?".
Tolik sözügedən blogerlərə dəstək olan məşhurların da ifşa olunmasını istəyib:
"Həmin blogerlərə dəstək olan müğənnilər də ifşa olunmalıdır. Qoy insanlar görsünlər ki, ölkədə nə qədər saxta vətənpərvər var. Əyninə hərbi forma geyinib, vətənpərvərlik mahnısı oxuyan düşmənləri saymaqla bitmir!"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939