Azərbaycanın "Avroviziya-2022"də iştirakı təsdiqləndi

Azərbaycanın "Avroviziya-2022"də iştirakı təsdiqləndiGələn il İtaliyada keçiriləcək "Avroviziya-2022" mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

BiG.AZ xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil.

Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

Qeyd edək ki, dünyanın ən baxımlı mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Avroviziya-2022" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 767   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş